Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Məhərrəmov Ülvi Tahir oğlunun və Hüseynov Ülvi Möhsün oğlunun xatirəsinə həsr olunmuş şəkil barelyefinin açılışı

15 yanvar 2022 | 16:00

Qubadlı rayon İcra Hakimiyyətinintəşkilatçılığı ilə 2022-ci il 15 yanvar tarixində  Sumqayıt şəhəri 26-cı məhəllədəbinanın qarşısında Vətən müharibəsində şəhid olmuşSarıyataq kənd sakini Məhərrəmov Ülvi Tahir oğlu və Sumqayıt şəhər sakini Hüseynov Ülvi Möhsün oğlununxatirəsinə həsr olunmuş şəkil barelyefinin açılışı oldu. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov,Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, Milli Məclisin deputatı Müşviq Məmmədli, Sumqayıt şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətinin rəisi general Natiq Qarayev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidlərimizin yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı çıxış edərək Müdafiə Naziri Zakir Həsənovun salamlarını çatdırdı və çıxışdan sonra hərbi orkestr səsləndirildi.
Tədbirdə çıxış edənQubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd etdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmişdir. Belə ki, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
Sonra vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi. Sonra çıxış edən şəhidlərin döyüş yoldaşları onlarla bağlı xatirələrini bölüşdülər.
Şəhidlərimizin yaxınlarıMəhərrəmov Tahir və Hüseynov Möhsün, eləcə digər ailə üzvləri çıxış edərək göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
Qubadlı rayonun Sarıyataq kənd sakini Məhərrəmov Ülvi Tahir  oğlu  05 iyul 1997-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
2012-ci ildə Mahruzlu kənd tam orta məktəbinin 9-cu sinfini bitirmiş və Bakı şəhəri Naxçıvanski adına Hərbi Məktəbə qəbul olmuş, 2015-ci ildə həmin hərbi məktəbi bitirmişdir. Hərbi məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olmuş, 2019-cu ildə akademiyanı bitirib leytenant hərbi rütbəsi alaraqMüdafiə Nazirliyinin N saylı hərbi hissəsində tağım komandiri vəzifəsinə təyin olunmuşdur, 
2020-ci ilin sentyabr ayından bölük komandiri vəzifəsinə təyin olunmuşdur.  
Vətən müharibəsində vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və 14 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Məhərrəmov Ülvi Tahir  oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Rəşadət ordeni”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.Subay idi.


Ülvü Möhsün oğlu Hüseynov 1988-ci il aprelin 16-da Ordubad rayonunun Sabir kəndində anadan olub.Azərbaycan  Ordusunun   kapitanı  olan  Ülvü Hüseynov    2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvü Hüseynov noyabrın 7-də Şuşa döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvü Hüseynov  “Vətən müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “"Qarabağ" ordeni, "Cəbrayılın azad olunmasına görə”,"Şuşanın azad olunmasına görə" medalı ,"Füzulinin azad olunmasına görə"Xocavəndin azad olunmasına görə" , “Şücaətə görə” medalları və digər medallarla ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər