Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi
Qubadlı rayon İcra Hakimiyyətininbaşçısı Malik İsaqov əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təkliflərini dinləyir və qayğılarını daim diqqət mərkəzində saxlayır. RİHB başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 29 mart 2022-ciiltarixində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən Xələc kənd tam orta məktəbində olmuşdur.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH məsul işçiləri və rayonda fəaliyyət göstərən idarə və müəsissə rəhbərləri iştirak edirdi.
Qəbulda 9 məsələ qaldırılmışdır. Həmin məsələlərdən 5-i yerində həll olunmuş, 4-u isə baxılması üçün nəzarətə götürülmüşdür.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov məktəb kollektivi ilə görüşdü, onların problemlərini dinlədi.
Sonda sakinlər Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdikləri diqqət və qayğıya görə, eyni zamanda rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.