Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 9-cu ildönümü münasibətilə Qubadlı rayonunda keçirilən tədbir

13 dekabr 2012 | 16:00

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 9-cu ildönümü münasibətilə Qubadlı rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də 12 dekabr 2012-ci il tarixdə rayon ziyalılarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qubadlı rayon İcra Hakimiyyətində keçirilmişdir.
Əvvəlcə iştirakçılar Heydər Əliyevin rayon İcra hakimiyyətinin binasının foyesindəki büstünün üzərinə gül dəstələri qoydular.
Sonra rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilən tədbiri Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov açaraq Ulu Öndərin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən danışdı.
Başçı qeyd etdi ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi tədbirlər özünün miqyasına görə onilliklərin çərçivəsinə sığmır. Ulu Öndərin dövlət quruculuğu, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll edilməsi, Milli-mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi qlobal miqyaslı tədbirlər ölkəmizin beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin etmişdir.
Müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini vurğulalayan başçı bildirdi ki, Ümummilli Liderin işıqlı ideyaları Azərbaycan Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə uğurla həyata keçirilir. Dünyanın inkişaf etmiş ölkələrini sarsıdan maliyyə və iqtisadi böhranlar fonunda Azərbaycanda son 9 ildə əldə edilən dinamik inkişaf xalqımız tərəfindən Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin uzaqgörən və müdrik srategiyasınından qaynaqlanan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bacarıq və qətiyyətlə, yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata keçirilən daxili və xarici siyasətin nəticəsi kimi minnətdarlıqla dəyərlndirilir.
Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən ölkəmiz etibarlı tərəfdaş, müstəqil siyasət yeridən dövlət kimi söz sahibinə çevrilmişdir. Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa oyunlarının keçiriləcəyi ölkə kimi respublikamızın seçilməsi də bu nüfuz və etmadın nəticəsidir.
Başçı qətiyyətlə bildirdi ki, Qubadlı rayon əhalisi Heydər Əliyev siyasətinə daim sadiqdir. İnanırıq ki, məhz bu siyasət nəticəsində Azərbaycanın ən ümdə problemi olan Dağlıq Qarabağ problemi həll ediləcək, torpaqlarımız işğaldan azad ediləcəkdir.Sonra Ümummilli Liderin həyat yolundan bəhs edən film nümayiş etdirildi.
 

Keçidlər