Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

31 dekabr 2012 | 16:00

Qubadlı rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təntənəli tədbir keçirilmişdir. Qubadlı rayon İcra Hakimiyyətinin, rayon ziyalılarının, ictimaiyyətin, şəhid və müharibə əlillərinin nümayəndələrinin, məktəblilərin qatıldığı tədbirdə aztəminatlı ailələrdən olan uşaqlar da iştirak edirdi.
Bayram tədbirində Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov təbrik nitqi söylədi. Başçı bildirdi ki, Azərbaycanın tarixinə uğurlu il kimi daxil olan 2012-ci ildə respublikamızın regional və qlobal əhəmiyyəti daha da artmış, xalqımızın sosial rifah halı yüksəlmişdir.
Yola saldığımız ildə Azərbaycan Respublikası ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasında təmsil olunmaqla dünyanın siyasi olimpinə yüksəldi və qlobal güclərlə birlikdə planetimizdəki əsas çağırışlara cavab verdi.
Ötən il ölkəmizin bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsindən, Trans-Anadolu Qaz Kəmərinin (TANAP) çəkilməsi ideyasını irəli sürməklə Avropa bölgəsinin enerji coğrafiyasında yeniliyə imza atmasından bəhs edən başçı Dünya İqtisadi Forumunun iqtisadi reytinqində Azərbaycanın 144 dövlət arasında 46-cı yerdə qərarlaşmaqla 9 pillə irəliləməsini, MDB məkanında liderliyini möhkəmləndirməsini Prezident İlham Əliyevin apardığı iqtisadi siyasət kursunun uğuru kimi qəbil olunduğunu bildirdi.
İdman ili olan 2012-ci ildə Olimpiya Yığmamız XXX London Yay Olimpiya Oyunlarını 10 medalla 30-cu yerdə başa vurmaqla ölkəmizin idman dövləti statusunu daha da gücləndirdi. Birinci Avropa yay olimpiya oyunlarının 2015-ci ildə məhz Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizin Avropa ailəsində yüksək nüfuz sahibi olmasını bir daha təsdiqlədi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyinə olan beynəlxalq dəstək artmaqdadır.
2012-ci il minlərlə məcburi köçkün ailəsinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə də yadda qaldı.
Yola saldığımız ildə Qubadlı rayonunda da əhalinin mənzil-məişət problemlərinin həlli, idarə, müəssisə və təşkilatların maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər davam etdirilmişdir. İl ərzində əhalinin məskunlaşdığı 40-a qədər obyekdə müvafiq təmir işləri aparılmış, 20-yə qədər ailənin məskunlaşdığı fərdi mənzillərdə zəruri təmir işlərinin aparılmasına köməklik edilmiş, 4000 kvadratmetrə qədər sahəyə asfalt çəkilmiş, 3 məktəbdə müasir istilik sistemi quraşdırılmışdır. Bax bu möhtəşəm mərasim evi də bu il əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bu siyahını kifayət qədər uzatmaq olar.
Yola saldığımız il rayon gənclərinin təhsil, idman, mədəniyyət sahəsində uğurları ilə əlamətdar olmuşdur. Məktəblərimizi bitirən məzunlardan 122 nəfəri, başqa sözlə ali məktəblərə qəbul imtahanlarında iştirak edənlərin 46 faizi tələbə adını qazanmışdır. Rayonumuzun təmsilçiləri mədəniyyət sahəsində keçirilən müsabiqə və festivallarda uğurla çıxış etmişlər. İdmançılarımız müxtəlif beynəlxalq və respublika səviyyəli idman yarışlarında iştirak edərək 46 medal qazanmışlar.
Xalqımız, eləcə də rayonumuzun əhalisi bütün bu uğurları ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik srategiyasından qaynaqlanan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bacarıq və qətiyyətlə, yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata keçirilən daxili və xarici siyasətin nəticəsi kimi minnətdarlıqla dəyərlndirir.

Başçı daha sonra bildirdi ki, torpaqlarımızın müdafiəsi uğrunda müharibədə Qubadlı rayonundan olan yüzlərlə şəhid olmuşdur. Onların xatirəsi hər kəs üçün əzizdir. Bu gün də bir çox qubadlılar onlara tapşırılan sahələrdə müstəqil Azərbaycan naminə layiqincə çalışırlar.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə şəhid Əliyev Mübariz Əbdül oğlunun ölümündən sonra təltif edildiyi “Azərbaycan Bayrağı” ordeni şəhidin anasına təqdim olundu.
Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilmiş Cəfərov Xanış Fərzalı oğluna medalın təqdimatı oldu.
Geniş konsert proqramı ilə davam edən bayram tədbirində 2012-ci ili uğurlar qazanmış gənclər də unudulmadı. İcra Hakimiyyəti tərəfindən 65 gəncə qiymətli hədiyyələr təqdim edildi. Tədbir iştirakçısı olan uşaqlara isə bayram hədiyyələri verildi.
Tədbirdə Şaxta Baba və Qar qızın iştirakı, yolka ətrafında uşaqların şən rəqsləri iştirakçıların əhval ruhiyyəsini daha da artırırdı.
 

Keçidlər