Qan yaddaşımız - 20 yanvar
19 yanvar 2012-ci il tarixində Qubadlı rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə “20 Yanvar faciəsi”nin 23-cü il dönümünə həsr olunumuş tədbir keçirilmişdir. Qubadlı rayon Xocahan kənd tam orta məktəbində təşkil olunmuş tədbirdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak edirdilər.
Tədbirdən əvvəl iştirakçılar xalqımızın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükütla yad etdilər. Daha sonra tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev çıxış etdi. Qeyd olundu ki, Azərbaycanın milli-azadlıq hərəkatında xüsusi yeri və rolu olan, Azərbaycan tarixində qan yaddaşı kimi yazılmış 20 Yanvar hadisələri, eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Bu gün 20 Yanvar hadisələrini milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.
Xüsusi qeyd edildi ki, 20 Yanvar hadisələrinə ilk siyasi qiyməti məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verilişdir.
Sonra nitq söyləyənlər əminliklə bildirdilər ki, azadlıq uğrunda axıdılan qanlar, verdiyimiz şəhidlər heç də əbəs yerə olmayıb. Məhz, onların canları bahasına Azərbaycan Respublikası öz müstəqilliyinə qovuşmuşdur. Hal-hazırda əsası Ulu Öndər tərəfindən qoyulan və bu siyasətin laiqli davamçısı olana Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli fəaliyyətinin nəticəsində dünya ölkələri içərisində ölkəmiz inkişafına, nüfuzuna görə xüsusilə seçilir.
Sonda məktəblilərin ifalarında “20 Yanvar” şəhidlərinin şərəfinə hərbi vətənpərvərlik mövzusunda şerlər səsləndirdilər.