Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunda “8 Mart” Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir

10 mart 2013 | 16:00

7 mart 2013-cü il tarixdə  Qubadlı rayonunda “8 Mart” Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir. Sumqayıt şəhərindəki “28 May” Mədəniyyət evində təşkil edilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbirdə məruzə ilə Rayon Qadınlar Şurasının sədri Afət Allahverdiyeva çıxış etdi. Bütün Azərbaycan qadınalrını təbrik edərək bildirdi ki, Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınlarımızın müstəsna rolu olmuşdur.
Sonra çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov qadınları bu xoş gün münasibəti ilə təbrik edərək qeyd etdi ki, mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir. Ümummili Lider Heydər Əliyevin siyasətində qadına diqqət və qayğının mühüm bir istiqamət təşkil etdiyini bildirən başçı qeyd etdi ki, həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firəvan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər. Dövlət quruculuğunun bütün istiqamətlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyuimizin daha da mohkəmləndirilməsi, mədəniyyətimizin inkişaf etdirilməsi üçün bu gün var qüvvələrini sərf edirlər.
Başçı xüsusi vurğuladı ki, Azərbaycan xalqının tarixi-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini qadınlarımız örnək kimi qəbul edir. Öz xidmətləri ilə Azərbaycan qadınının, Azərbaycan xanımının obrazını canlandıran,  UNESKO və İSESKO-nun xoşməramlı Səfiri, Millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın  gördüyü işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.
Malik İsaqov onu da razılıqla qeyd etdi ki, müstəqil dövlətimizin qayğısından bəhrələnən, məcburi köçkün ömrü yaşayan Qubadlı qadınları da bu gün öz missiyasını ləyaqətlə yerinə yetirir, ölkəmizdə aparılan siyasətin fəal müdafiəçiləridir. Rayonumuzun qadınları tarixin ən taleyüklü məqamlarında özlərinin milli maraqlara söykənən mövqelərini nümayiş etdirmişlər. Bu günlər Azərbaycan və dünya ictimaiyyəti qubadlılı qadın,  hazırda Parisdəki  "Azərbaycan evi"nin rəhbəri Mirvari Fətəliyevanın mübarizliyinin şahidi oldu. 
Digər çıxış edənlər qadınları “8 Mart” Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik etdilər. Ölkəmizdə və rayonda qadınlara olan xüsusi diqqət və qayğıdan razılıqlarını dilə gətirdilər.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edildi.
Tədbir konsert proqramı ilə davam etdi.

Keçidlər