Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunda keçirilən Novruz şənlikləri haqqında məlumat

21 mart 2013 | 16:00

Xalqımızın ən əziz bayramı olan Novruz bayramı, xüsusilə də ilin axır çərşənbəsi Qubadlı rayonunda hər il yüksək səviyyədə, təntənəli surətdə qeyd edilir. Ənənvi olaraq bu müqədəs bayram ərəfəsində məcburi köçkün ailələrə Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatları paylanır.
Bu il də Qubadlı Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Sumqayıt şəhərində məskunlaşan Qubadlı rayonundan və digər məcburi köçkün rayonlardan olan 1100 -dən çox məcburi köçkün ailəsinə, o cümlədən də şəhid ailələrinə,  aztəminatlı ailələrə ərzaq bağlamaları paylandı.
Bu ilki ilaxır şərşənbə axşamı rayon əhalisinin yığcam  məskunlaşdığı yerlərdə bayram tonqalları yandırıldı. Rayon mədəniyyət müəssisələrinin bədii özfəaliyyət kollektivləri tərəfindən bayram konserti təşkil olundu.
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və Milli Məclisin deputatı İmamverdi İsmayılov, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri axır çərşənbə günü rayon əhalisinin  məskunlaşma ərazilərində yandırılmış tonqal ətrafında məcburi köçkünlərlə görüşdülər, onlara bayram təbriklərini çatdırdılar. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurd-yuvalarından didərgin düşən məcburu köçkünlərin hər zaman dövlətimizin, Prezident İlham Əliyevin qayğısı ilə əhatələndiyi diqqətə çatdırıldı. Bildirildi ki, bu siyasətin  əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rayon İcra Hakimiyyətinin başçısı ərazidə məskunlaşan yataq xəstələrinə onların mənzillərində baş çəkərək bayramlarını təbrik etdi.
Məcburi köçkünlər dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqova öz  minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, Qubadlı camaatı ümummilli lider Heydər Əliyevin siyasətinə daim sadiqdirlər və onun layiqli davamcısı Prezident İlham Əliyevi hər zaman dəstəkləyirlər.
Belə bir inam ifadə edildi ki, Möhtərəm Prezidentimizin apardığı siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və belə çərşənbə tonqalları hər kəsin öz yurdunda, öz həyətində alovlanacaq.

Keçidlər