Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar deyirmi masa
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Qubadlı rayonunda silsilə tədbirlər keçirilir.
29 mart 2013-ci il tarixdə rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sistemində Dəyirmi masa təşkil edilmişdir. “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” mövzusunda keçirilən dəyirmi masanı rayon İcra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev açdı. Qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Hеydər Əliyеv Azərbaycan xalqının ən yeni dövründə milli lider missiyasını şərəflə yerinə yetirən şəxsiyyət olmuşdur.
Qeyd edildi ki, mədəniyyətimizin inkişafında Heydər Əliyev mərhələsi XX əsrin 70-ci illərinin əvvəllərindən başlamış və bu gün də davam etməkdədir. Həmin illərdə geniş mədəniyyət müəssisələri şəbəkəsinin yaranıb formalaşması, kolxoz-sovxozların vəsaiti hesabına mədəniyyət sarayları və mədəniyyət evləri üçün, rayon kitabxanaları və klubları üçün, muzeylər və musiqi məktəbləri üçün çoxlu sayda möhtəşəm binaların tikdirilməsi ənənəsi də məhz ulu öndərimiz Heydər Əliyevə məxsusdur.
1993-cü ildə Azərbaycanda yaranan çox mürəkkəb tarixi şərait və hərci-mərcilik şəraitində Azərbaycanın kitabxana şəbəkələri də məhv olmaq dilemması ilə üzləşmişdi. Məhz bu dövrdə ulu öndərimizin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlaması bötövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxana şəbəkələrinin də məhvinin qarşısını aldı.
Mədəniyyətimizin və mədəni sərvətlərimizin təəssübkeşi olan ulu öndərimizin 1998-ci ildə Azərbaycan kitabxana tarixində dönüş mərhələsi hesab olunan “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununu imzalaması Azərbaycanda çoxlu sayda kitabxana şəbəkələrini dağılmağa qoymadı. Qanunla keçmiş sovet respublikaları arasında ilk olaraq “Milli Kitabxana” statusu müəyyən olundu və onun fondları və əmlakı ümummilli sərvət elan edildi.
Rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Telman Cəfərov, Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Müşgünaz Muradova və başqaları çıxış edərək bildirdilər ki, bu gün ümummilli lidеrimiz Hеydər Əliyеvin bu yоlu Azərbaycanda Prеzidеnt Ilham Əliyеv cənablarının rəhbərliyi ilə uğurla davam еtdirilir. Ötən dövr çоx əyani sürətdə sübut еtmişdir ki, bu siyasətin altеrnativi yоxdur.