Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayon qadınlarının Konfransı haqqında

16 aprel 2013 | 15:00

15 aprel 2013-cü il tarixdə Qubadlı rayon qadınlarının növbəti IV konfransı keçirilib. Tədbirdə rayonun təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə dövlət qurumlarında çalışan qadınlar iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə rayon İcra Hakimiyyətinin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü qarşısına gül dəstələri qoydular.
Konfranda çıxış edən Qubadlı RİH başçısı Malik İsaqov bildirdi ki, qadınların ölkəmizdə, cəmiyyətdə rolu çox əhəmiyyətlidir. Azərbaycanda qadına münasibət həmişə yüksək olub.
Azərbaycan qadınının fəaliyyəti xalqımızın milli-mədəni ənənələrinin qorunub saxlanılması və zənginləşdirilməsinə xidmət etmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadınları müstəqillik yollarında gedən mübarizələrin ön sıralarında idilər. Azərbaycan müstəqillik qazandıqdan sonra isə qadınlarımıza hörmət və diqqət daha da artıb. Bu gün Azərbaycan qadınları müstəqil respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində əzmlə çalışırlar.
Başçı qeyd etdi ki, Azərbaycan qadın hərəkatının formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. Ulu öndər Heydər Əliyev hansı dövrdə işləməsindən asılı olmayaraq qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır.
Həmin siyasət bu gün Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilir.
Bu gün Azərbaycanın birinci xanımı, UNESKO-nun və İSESKO-nın xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir.
Qubadlı rayon Təhsil şöbəsinin müdiri Afət Allahverdiyeva qeyd etdi ki, hazırda rayon əhalisinin 51 faizə qədərini təşkil edən qadınlarımız, analarımız məcburi köçkünlüyün törətdiyi bütün çətinliklərə baxmayaraq cəmiyyətdə, dövlət və ictimai işlərdə öz missiyalarını şərəflə yerinə yetirməkdədirlər. Bu gün Qubadlı rayonunda əmək qabiliyyətli olan qadınıların 30 faizə qədəri işləyir. Büdcə strukturlarında çalışanların 63 faizini qadınar təşkil edir.  O cümlədən, təhsil sahəsində çalışanların 80 faizi, səhiyyə sahəsində 83 faizi, mədəniyyət sahəsində 85 faizi,  icra strukturlarında işləyənlərin 32 faizi, idarə, müəssisə və təşkilatlarda işləyənlərin 37 faizi, özəl sektorda fəaliyyət göstərənlərin 22 faizi qadınlardır.
  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva  müstəqillik illərində qadınlarımızın cəmiyyətin bütün sahələrində qazandığı uğurlardan, dövlət rəhbərliyi tərəfindən həyata keçirilən Ailə, Qadın və Uşaq siyasətindən danışmış, Komitənin gördüyü işlər və qarşıda duran vəzifələri barədə məlumat verdi.
  Konfransda C. Həşimov adına  Mərdanlı kənd tam orta məktəbin direktoru “Əməkdar müəllim”  Çimnaz Kərimova,  rayon Mərkəzi xəstəxanasının həkimi Aygün Allahverdiyeva,  Q. İlyasov adına Qubadlı şəhər 1 saylı tam orta məktəbin müəllimi  Sevinc Məmmədova və başqaları çıxış edərək qadınların cəmiyyətdəki rolundan danışdılar.
Konfransda Respublika Qadınlarının qurultayına 6 nəfər nümayəndə seçildi.

Keçidlər