Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının milli qurtuluş günü

20 iyun 2013 | 15:00

Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə Qubadlı rayonunda tədbir keçirilmişdir.
     Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoydular. Sonra akt zalında davam edən tədbiri giriş nitqi ilə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Allahverdi Haxverdiyev açaraq bildirdi ki, müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. 1993-cü ilin yayında Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Vətənin bu ağır dövründə Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun bizim tariximizə Milli qurtuluş günü kimi daxil oldu. 1997-ci ilin iyun ayında Milli Məclis ictimaiyyətin rəyi ilə razılaşaraq, həmin günü bayram elan etdi.
     Tədbirdə Q. Məmmədov adına  Yuxarı Mollu kənd tam orta məktəbin müəlimi  Vahid Quliyev, A. Mustafayev adına Zilanlı kənd tam orta məktəbin müəlimi       Ayna Əhmədova, B. Hüseynov adına Dəmirçilər kənd tam orta məktəbin direktoru         Şahbaz Muradov çıxş etdilər.
     Çıxışlarda vurğulandı ki, yaşanmış tariximiz sübut edir ki, azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyevdir.
     1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev mürəkkəb geosiyasi dövrdə ölkəni vətəndaş qarşıdurması və hərc-mərclik, dərin iqtisadi və sosial-siyasi böhran vəziyyətindən çıxarmağa, onu sabit inkişaf səviyyəsinə qaldırmağa nail oldu. Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda yeni dəyərlər sisteminin və yeni ideyaların meydana çıxmasına stimul yaratmış oldu.
     Minnətdarlıqla qeyd edildi ki, bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir.  Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində son 10 ildə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda ciddi dəyişikliklər və uğurlar qazanılmışdır. Azərbaycan sürətli inkişaf edən ölkəyə çevrilmişdir.
     Əminliklə qeyd edildi ki, Qubadlı rayonunun əhalisi bu siyəsəti tam şəkildə müdafiə edir.

 

 

15 iyun Milli Qurtuluş günü münasibətilə keçirilən tədbirin iş qaydası


Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyulur.

Tədbiri Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Allahverdi Haxverdiyev açıq elan edir.

Çıxışlar

1. Vahid Quliyev   - Q. Məmmədov adına  Yuxarı Mollu kənd tam
     orta məktəbin müəlimi 

2. Ayna Əhmədova - A. Mustafayev adına Zilanlı kənd tam orta
     məktəbin müəlimi     

3. Şahbaz Muradov - B. Hüseynov adına Dəmirçilər kənd tam orta
     məktəbin direktoru        

 

Yekun. Tədbiri Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Allahverdi Haxverdiyev yekunlaşdırır.

Keçidlər