Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq işçilərinin peşə bayramı

04 oktyabr 2013 | 15:00

1 oktyabr 2013-cü il tarixdə Qubadlı rayon İcra Hakimiyyətində prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Rayonun icra strukturlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi tədbiri giriş nitqi ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov bu gün münasibətilə prokurorluq orqanlarında çalışanları təbrik etdi. Bildirdi ki,  1998-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə hər il oktyabr ayının 1-də Azərbaycan Respublikasında Prokurorluq işçilərinin peşə bayramı qeyd edilir. Müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində, hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu işində  prokurorluq orqanlarının müstəsna xidmətləri vardır.
Qubadlı rayon prokuroru Q.Əliyev çıxış edərək ilk öncə bugünkü tədbirə görə rayon rəhbərliyinə təşəkkürünü bildirdi. Daha sonra prokurorluq orqanlarının yaradılması tarixindən danışaraq dedi ki, ilk dəfə Azərbaycanda prokurorluq orqanı 1918-ci ilin 1 oktyabr tarixində yaradılmışdır. Ulu Öndərimiz Heydər Əliyev 1998-ci ildə sərəncam imzalayaraq həmin günü prokurorluq işçilərinin peşə bayramı kimi təsis etmişdir. Artıq 15 ildir ki, bu gün peşə bayramı kimi qeyd edilir. Bu dövr ərzində prokurorluq orqanlarında çox böyük dəyişiklik baş vermişdir. Bu gün bizim orqanlarda ən peşəkar kadrlar çalışır, qanun lahiyələrinin hazırlanmasında böyük rol oynayırlar. Son illər kadr potensialının təkmilləşməsi sahəsində çox böyük işlər görülmüşdür. Yaradılmış şəffaf mühit imkan vermişdir ki, gənclər test imtahanından keçərək işə qəbul olunsunlar. Bunun nəticəsidir ki, bindi bu orqanda çalışanların 53%-dən çoxunu  gənclər təşkil edir.
Çıxış edən digər natiqlər prokurorluq orqanlarında çalışan insanları təbrik etdilər.
Tədbiri yekunlaşdıran cənab Malik İsaqov qeyd etdi ki, prokurorluq orqanlarında çalışmaq sözün həqiqi mənasında şərəfli bir işdir. Bu gün yaradılmasının 95-ci ildönümü tamam olan Azərbaycan prokurorluq orqanı  əslində sovetlər itifaqının tərkibində demək olar ki, müstəqil olmadan  fəaliyyət göstərmişdir. Lakin həmin dövrdə də Ulu öndərin Respublikaya rəhbərlik etdiyi vaxtlar bu sahədə milli kadrların yetişdirilməsi işinə diqqət və qayğı ilə yanaşılmışdır. Ulu öndərin xalqın istəyi ilə  respublikaya ikinci dəfə hakimiyyətə gəlişi nəticəsində digər sahələrlə yanaşı prokurorluq sahəsində də ciddi islahatlar aparılmış, qısa müddətdə ölkədə ictimai siyasi sabitlik yaradılmış, cinayətkarlığın qarşısının sürətlə alınması prosesi başlamış və  uğurla həyata keçirilmişdir.
Başçı daha sonra qeyd etdi ki, bu gün bütövlükdə Ümummilli lider Heydər Əliyev strategiyasını uğur və qətiyyətlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hüquqi dövlət qurulması , onun təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparır və bu işdə prokurorluq orqanlarının əməyini yüksək qiymətləndirir.
M. İsaqov bildirdi ki, Qubadlı rayonunun əhalisi heç zaman cinayətə meyilli olmamışıdır. Rayonumuzda prokuror vəzifəsində işləyən bütün şəxslər bunu təsdiq edə bilər. Son illərin statistik rəqəmləri də onu göstərir ki,  rayon sakinləri tərəfindən elə bir ciddi cinayət hadisəsi törədilməmişdir. Bu ondan irəli gəlir ki, qubadlılar dövlətə, dövlətçiliyə sadiqdirlər və sabitliyin tərəfdarıdırlar. Ölkəmizdə kadr siyasətinin düzgün qurulması nəticəsində doğrudan da bu gün prokurorluq orqanlarında savadlı dünya görüşü olan, daxili aləmi zəngin olan insanlar çalışırlar, ona görə də bu gün insanlar bu orqana inanır və baş verən hüquq pozulmaları, korrupsiya və rüşvət halları haqqında dərhal məlumat verirlər. Bu bir daha göstərir ki, ölkə əhalisi öz dövlətinə, onun yerli strukturlarına inanır, bu bizim rayonda da belədir.
Sonda M. İsaqov bir daha prokurorluq işçilərin təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar  arzuladı.

Keçidlər