Şriftin ölçüsü :

Saytın rəngi :

Fiziki qüsurlu uşaqlar üçün təşkil olunan “Yeni il” şənliyi

28 dekabr 2013 | 16:00

26.12.2013-cü il tarixində Rayon İcra Hakimiyyəti başçısı aparatının “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”sının təşkilatçılığı ilə Çaytumas məktəbində “Dünya azərbaycanlılarının Həmrəlik günü” və “Yeni il” bayramı münasibətilə şənlik keçirildi. Şənliyə fiziki qüsurlu uşaqlar, onların valideynləri, məktəb kollektivi, inzibati ərazi dairələri üzrə nümayəndələri dəvət olunmuşdur. Tədbirdə 120 nəfər iştirak etmişdir. Eyni zamanda şənliyə Rayon İcra Hakimiyyətinin müavini Xoşqədəm Alıyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Rayon Polis şöbəsinin azyaşlılar üzrə inspektoru Rəşad İlyasov dəvət edilmişdilər.
Məktəbli aparıcılar şənliyi açıq elan etdikdən  sonra təbrik üçün söz verilən Rayon Icra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva uşaqlara Rayon Icra Hakimiyyətinin başçısı Malik İsaqovun salamlarını və ən xoş arzularını çatdıraraq onları qarşıdan gələn hər iki bayram münasibətilə təbrik etdi. Onlara sağlam, əmin-amanlıqla dolu firavan, xoşbəxt günlər arzuladı.
Şənlikdə Mahmudlu musiqi məktəbinin müəllim və şagird kollektivinin ifaları səsləndi. Çaytumas məktəbinin şagirdlərinin hazırladıqları milli və xarici rəqslər, söylədikləri şeirlər şənlik iştirakçılarının könlünü oxşadı. Yeni ilin əsas rəmzlərindən biri olan Şaxta baba ilə qarqızın  həssas uşaqlar və digər azyaşlılala birgə rəqsi şənliyə daha da rəngarənglik qatdı. Şaxta bababın uşaqlara verdiyi suallar, söylədiyi yumor dolu tapmacalar, onlarla oynadığı oyunlar uşaqlarda yüksək sevinc hissi yaratdı. Sonda isə həssas uşaqlara bayram hədiyyələri paylandı. Şənlikdə iştirak edə bilməyən bəzi həssas təbəqədən olan uşaqlara bayram hədiyyələri yaxınları vasitəsi ilə göndərildi.

Keçidlər