Şriftin ölçüsü :

Saytın rəngi :

Qan yaddaşımız - 20 yanvar

19 yanvar 2014 | 16:00

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı” imzaladığı Sərəncama uyğun olaraq Qubadlı rayonunda da “20 Yanvar faciəsi”nin 24-cü il dönümünə həsr olunumuş silsilə tədbirlər keçirilir. Bu tədbirlərin davamı olaraq Qubadlı rayonu İcra Hakimiyyəti aparatının rəhbərliyi ilə 18 yanvar 2014-cü il tarixində Qubadlı rayon B.Mehdiyev adına Qubadlı şəhər 2 saylı tam orta məktəbdə “20 Yanvar” şəhidlərinin anım mərasimi keçirilmişdir. Təşkil olunmuş tədbirdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak etmişdilər.
Tədbirdən əvvəl iştirakçılar xalqımızın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükütla yad etdilər. Daha sonra açıq elan edilən tədbirdə qeyd olundu ki, Azərbaycanın milli-azadlıq hərəkatında xüsusi yeri və rolu olan, Azərbaycan tarixində qan yaddaşı kimi yazılmış 20 Yanvar hadisələri, eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir.
Nitq söyləyənlər əminliklə bildirdilər ki, azadlıq uğrunda axıdılan qanlar, verdiyimiz şəhidlər heç də əbəs yerə olmayıb. Məhz, onların canları bahasına Azərbaycan Respublikası öz müstəqilliyinə qovuşmuşdur. Xüsusi qeyd edildi ki, 20 Yanvar hadisələrinə ilk siyasi qiymət məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verilişdir.
Sonra çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev vurğuladı ki, bu gün 20 Yanvar hadisələrinin milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu. Hal-hazırda əsası Ulu  Öndər tərəfindən qoyulan və bu siyasətin laiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli fəaliyyətinin nəticəsində dünya ölkələri içərisində ölkəmiz inkişafına, nüfuzuna görə xüsusilə seçilir.
Sonda məktəblilərin ifalarında “20 Yanvar” şəhidlərinin şərəfinə hərbi vətənpərvərlik mövzusunda şerlər səsləndirildi, ədəbi-bədii kompazisiya nümayiş olundu.

Keçidlər