Çardaxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabat yığıncağı
27 yanvar 2014-cü il tarixdə Sumqayıt şəhərindəki 11-ci mikrorayonda yerləşən Q. İlyasov adına Qubadlı şəhər 1 saylı tam orta məktəbdə Qubadlı rayon İcra Hakimiyyəti Başçısının Çardaxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir. Hesabatda Qubadlı rayon İcra Hakimiyyətinin Başçısı cənab Malik İsaqov, idarə, müəssisə rəhbərləri və Çardaxlı inzibati ərazi dairəsinin əhatə etdiyi kəndlərdən nümayənlər iştirak etmişdilər.
Hesabat məruzəsində inzibati ərazi dairəsi üzrə 2013-cü ilin yekunları təhlil edilmiş, nümayəndəliyin qeydiyyatında olan sakinlərin komunnal şəraitinin yaxşılaşdırlması, məşğulluğunun artırılması istiqamətində görülən işlərdən danışılmış, məcburi köçkünlərə göstəriulən dövlət qayğısı diqqətə çatdırılmışdır.
İl ərzində əmək haqlarının, pensiya və müavinatların artırılmasının, məcburi köckünlərin yaşayışına və güzəranına müsbət mənada təsir etdiyi göstərilmişdir.
Hesabat məruzəsində və müzkirələr zamanı rayonda görülən işlərə də münasibət bildirilmiş, təhsil, səhiyyə və mədənioyyət sahələrinin inkişafı üçün görülən əsaslı tədbirlərdən danışılmışdır.
Rayonun ermənilər tərəfindən işğal edilməsinin 20-ci il dönümü ilə əlaqədar keçirilən sil-silə tədbirlərin əhəmiyyəti, şəhidlərimizin yad edilməsi, müxtəlif dövrlərdə dəfələrlə erməni təcavüzünə məruz qalan Qubadlının tarixinə həsr olunmuş kitabların çap ediləsi və filim çəkilməsi, Tarix diyarşunaslıq muzeyinin şəraitinin və fəaliyyət dairəsinin genişləndirilməsi xüsusi vurğulanmış, bunların vətənpərvərlik tərbiyyəsində önəmli rol oynadığı bildirilmişdir.
Məlumat verilmişdir ki, Çardaqlı kənd inzibati ərazi dairəsi Çardaqlı, Tarovlu, Xələc və Əyin kəndlərini əhatə edir. Ümumi əhalimizin sayı 925 nəfər, sakinlərimizin 468-u qadın, 457 isə kişidir. Nümayəndəliyin ərazisində 2 tam orta məktəb-Xələc və Çardaqlı kənd tam orta məktəbləri fəaliyyət göstərir. Qeyd edilmişdir ki, Xələc kənd orta məktəbi üçün Sumqayıt şəhərində, Çardaqlı kənd tam orta məktəbi üçün isə Ceyranbatan qəsəbəsində müasir tələblərə cavab verən yeni məktəb binası inşa edilmişdir. Məktəblərin hər ikisi istilik sistemi ilə təchiz edilmiş, məktəblərə gedən yollara Rayon İcra Hakimiyyətinin köməkliyi ilə asfalt örtük döşənmişdir. Xələc məktəbində 488 şagirdin təlim tərbiyəsi ilə 46 müəllim, Çardaqlı məktəbində isə 317 şagirdin təlim-tərbiyəsi ilə 32 müəllim məşğul olur. 2013-cü ildə Çardaqlı məktəbini bitirmiş 12 məzundan 9-u, Xələc məktəbini isə bitirmiş 20 məzundan 14-ü ali məktəblərə qəbul olmuşlar. Nümayəndəlik üzrə məktəbyaşlı uşaqların hamısı təhsilə cəlb edilmiş, təhsildən yayınma halına yol verilməmişdir.
Məruzəçi daha sonra bildirdi ki, bütün qazanılan nailiyyətlər əhali tətəfindən birmənalı olaraq Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsi kimi dəyərləndirilir. Bu siyasətin alternativinin olmaması həyat həqiqətinə çevrilmişdir. Əhalimiz möhtərəm Prezidentimizin siyasətini dəstəkləyir. Hesabat ilinin ən ələmatdar hadisələrindən biri də, məhz bu ildə Respublikada Prezident seçkilərinin keçirilməsi idi.
Bu seçkilərdə məcburi köçkünlərimiz mütəşəkkil iştirak etdi. Böyük ruh yüksəkliyi ilə Yeni Azərbaycan Partiyasının namizədi, Ulu öndərin layiqli davamçısı İlham Əliyevə yekdilliklə səs verdilər. Bununla da bütün məcburi köçkünlərimiz dövlətə, dövlətçiliyə sadiqliyini bir daha nümayış etdirdilər.
Yığıncaqda çıxış edən nümayəndəliyin sakinləri ölkədə və rayonda aparılan işlərdən qürur duyduqlarını bildirdilər.
Hesabat yığıncağında Qubadlı rayon İcra Hakimiyyətinin Başçısı Malik İsaqov geniş nitq söyləmişdir. Qeyd etmişdir ki, belə tədbirlər – xalqla birbaşa ünsiyyət, ictimai rəyin öyrənilməsi, fəaliyyətin aşkarlığı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərlik üslubundan irəli gəlir.
M.İsaqov 2013-cü ilin də ölkəmiz üçün uğurlu olduğunu8 qeyd etmişdir. O, göstərmişdir ki, dünyanın böhran içərisində çalxalndığı illərdə Azərbaycan inkişaf yolu ilə aparan qətiyyətli siyasət ötən il də davam etmişdir. Bu respublikamızın beynəlxalq nüfuzunun artmasında, iqtisadi və müdafiə qüdrətinin möhkəmlənməsində, əhalinin güzəranının yaşxılaşmasında özünü əyani şəkildə göstərmişdir.
Qeyd olunmuşdur ki, ötən 2013-cü il ölkəmiz üçün yaxşı nəticələrin əldə edildiyi bir il kimi yaddaşlarda qalmışdır. Ölkə üzrə iqtisadiyyatın bütün sahələrində əldə edilmiş nailiyyətlər ölkə başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetində ilin yekunları ilə bağlı etdiyi çıxışında öz əksini tapmışdır. Ölkədə ümumi daxili məhsul 6 faiz, qeyri-neft sektoru 9,8 faiz, əhalinin pul gəliri 8 faiz, kənd təsərrüfatı 5 faiz artmışdır. İl ərzində infilyasiya 2,4 faiz olmuşdur. 2013-cü ildə ölkə iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulmuşdur, onun da 17,5 milyardını daxili sərmayələr təşkil etmişdir. Yola salınan ildə respublikanın valyuta ehtiyatı 50 milyard dollara çatmışdır. Qazanılan nailiyyətlər içərisində ötən ildə kosmosa birinci Azərbaycan peykinin çıxarılmasının xüsusi əhəmiyyəti vurğulanmış, beynəlxalq aləmdə bu layihənin uğurla yerinə yetirilməsi ölkəmizin böyük gücə malik olması kimi qiymətləndirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı 2013-cü ildə rayonda görülən işlərin ayrı-ayrı istiqamətlərinə toxunmuş, problemləri diqqətə çatdırmış və bunların aradan qaldırılması üçün görülən işlərdən danışmışdır.
M.İsaqov Çardaxlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işinə də münasibətini bildirmişdir. O, bu il qarşıda daha mühim vəzifələr olduğuna diqqət yönəldərək hər bir icra strukturunun, o cümlədən Çardaxlı inzibati ərazi dairəsi üzrə nümyəndəliyinin də daha məsuliyyət və təsəbbüskarlıqla işləməli olduğunu bildirmişdir.
Hesabat yığıncağının sonunda müvaffiq qərar qəbul edilmişdir..