Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı
28 yanvar 2014-cü il tarixdə Sumqayıt şəhərindəki H. Quliyev adına Qubadlı rayon Çaytumas məktəb liseyində Qubadlı rayon İcra Hakimiyyəti Başçısının Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir. Hesabatda Qubadlı rayon İcra Hakimiyyətinin Başçısı cənab Malik İsaqov, idarə, müəssisə rəhbərləri və Muradxanlı inzibati ərazi dairəsinin əhatə etdiyi kəndlərdən nümayənlər iştirak etmişdilər.
Qubadlı RİHB-nın Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fazil Əsədovun 2013-ci ildə “Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə görülən işlər və 2014- cü ildə qarşıda duran vəzifələr haqqinda” hesabat məruzəsində inzibati ərazi dairəsi üzrə 2013-cü ilin yekunları təhlil edilmiş, nümayəndəliyin qeydiyyatında olan sakinlərin komunnal şəraitinin yaxşılaşdırlması, məşğulluğunun artırılması istiqamətində görülən işlərdən danışılmış, məcburi köçkünlərə göstərilən dövlət qayğısı diqqətə çatdırılmışdır. Məruzəçi vurğuladı ki, bütün qazanılan nailiyyətlər əhali tətəfindən birmənalı olaraq Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsi kimi dəyərləndirilir. Bu siyasətin alternativinin olmaması həyat həqiqətinə çevrilmişdir. Əhalimiz möhtərəm Prezidentimizin siyasətini dəstəkləyir. Hesabat ilinin ən ələmatdar hadisələrindən biri də, məhz bu ildə Respublikada Prezident seçkilərinin keçirilməsi idi. Bu seçkilərdə məcburi köçkünlərimiz mütəşəkkil iştirak edərək, Böyük ruh yüksəkliyi ilə Yeni Azərbaycan Partiyasının namizədi, Ulu öndərin layiqli davamçısı İlham Əliyevə yekdilliklə səs verdilər. Bununla da bütün məcburi köçkünlərimiz dövlətə, dövlətçiliyə sadiqliyini bir daha nümayış etdirdilər.
Hesabat məruzəsində və müzkirələr zamanı rayonda görülən işlərə də münasibət bildirilmiş, təhsil, səhiyyə və mədənioyyət sahələrinin inkişafı üçün görülən əsaslı tədbirlərdən danışılmışdır.
Rayonun ermənilər tərəfindən işğal edilməsinin 20-ci il dönümü ilə əlaqədar keçirilən sil-silə tədbirlərin əhəmiyyəti, şəhidlərimizin yad edilməsi, müxtəlif dövrlərdə dəfələrlə erməni təcavüzünə məruz qalan Qubadlının tarixinə həsr olunmuş kitabların çap ediləsi və filim çəkilməsi, Tarix diyarşunaslıq muzeyinin şəraitinin və fəaliyyət dairəsinin genişləndirilməsi xüsusi vurğulanmış, bunların vətənpərvərlik tərbiyyəsində önəmli rol oynadığı bildirilmişdir.
Qeyd olunmuşdur ki, mərkəzi Muradxanlı kəndi olmaqla Мурадханлы кянд inzibati ərazi dairəsi Мурадханлы, Щякярли, Хяндяк вя Ишыглы кяндляри olmaqla 4 kəndi əhatə edir. Muradxanlı kənd inzibati ərazi dairəsində 2 tam orta məktəb, Muradxanlı və İşıqlı tam orta məktəbləri fəaliyyət göstərir. Muradxanlı kənd tam orta məktəbdə 306 şagirdin təlim-tərbiyəsi ilə 35 müəllim , İşıqlı kənd tam orta məktəbdə 204 şagirdin təlim-tərbiyəsi ilə 39 müəllim məşğul olur.
Sonra hesabat məruzəsində çıxış edən nümayəndəliyin sakinləri ölkədə və rayonda aparılan işlərdən qürur duyduqlarını bildirdilər.
Yığıncağda Qubadlı rayon İcra Hakimiyyətinin Başçısı Malik İsaqov nitq söyləyərək bildirdi ki, dövlət rəhbərinin ölkənin inkişafı üçün apardığı islahatlar hesabat ilində əvvəlki illərdə olduğu kimi dinamik inkişaf xətti qorunub saxlanılmışdır. Natiq bildirdi ki, ölkədə bir çox müəssisələr tikilmiş, nəticədə işsizlik səviyyəsi minimum həddə endirilmişdir. Əhalinin pul gəliri artmış, infilyasiya aşağı səviyyədə olmuşdur. M. İsaqov vurğuladı ki, 2013-cü ildə də ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli dərəcədə artmış, Respubilka 2013-cü ildə bağladığı beynəlxalq sazişlərlə hələ bir çox illər Avropanın qaz təminatçısı olacağını açıq şəkildə ortaya qoymuşdur. Rayon İcra Hakimiyyətinin başçısı dövlət rəhbərinin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə doğma torpağa qayıdacaqlarına əmin olduğun bildirmişdir.
M. İsaqov çıxışının sonunda bildirdi ki, dövlət başçısının verdiyi fərman və sərəncamlarından, Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamədən irəli gələn vəzifələrin yerinə yetirilməsi yerli icra nümayəndəliklərinin qarşısında başlıca vəzifə kimi durur. Nümayəndələr bu sahədə öz işlərini daha da gücləndirməlidirlər.