Şriftin ölçüsü :

Saytın rəngi :

Hesabat yığıncağı

18 fevral 2014 | 16:00

17 fevral 2014-cü il tarixdə Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin yeni binasında Qubadlı rayon İcra Hakimiyyəti Başçısının hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında Milli Məclisin deputatı cənab İmamverdi İsmayılov, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul nümayəndəsi cənab Rövşən Ağayev, idarə, müəssisə və təşkilat rəhbərləri,  inzibatı ərazi dairəsi üzrə nümayəndələr, ictimai birliklərin və icmaların fəalları, ağsaqqallar və ziyalılar iştirak edirdilər.
Tədbir iştirakçıları öncə müassir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki büstü önünə gül dəstələri qoyaraq ulu öndərin xatirəsini yad etdilər və sonra rayonda görülən işlərin əks olunduğu sərgi ilə tanış oldular.
Yığıncaq giriş sözü ilə açıq elan edildikdən sonra, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqovun “2013-cü ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran  vəzifələrə dair” hesabat məruzəsi dinlənildi. Hesabat məruzəsində rayonda 2013-cü ildə görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının nitqindən irəli sürülən müddəalar və tələblər baxımından təhlil edilmişdir.
Hesabat məruzəsində 2013-cü ildə respublikanın sosial-iqtisadi inkişafının təmin edilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətin uğurları konkret misallar və statistik rəqəmlərin dili ilə diqqətə çatdırılmış, qeyri-neft sektorunun üstün inkişafından, xüsusilə yeni sahə kimi kosmik proqramın həyata keçirilməsindən, kənd təsərrüfatınnın inkişafından, irimiqyaslı, beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi sahəsində görülən işlərdən ətraflı bəhs edilmişdir.
Məruzəçi, 2013-cü ildə Azərbaycanın neft-qaz potensialının rellaşdırılması üçün bağlanan sazişlərin, TANAP və TAP layihələrin tarixi hadisə kimi qiymətləndirilməsinə, “Şahdəniz-2” investisiya sazişinin XXI əsrin layihəsi kimi qiymətləndirilməsinə yığıncaq iştirakçılarının diqqətini cəlb etmişdir.
Əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial yönümlü proqramlardan və islahat xarakterli tədbirlərdən danışılmışdır. Erməni işğalından əziyyət çəkən soydaşlarımızın problemlərinin həlli istiqamətində dövlətimizin apardığı işə diqqəti cəlb edən məruzəçi 20 min köçkünün yeni inşa olunmuş mənzillərdə yerləşdirildiyi, cari ildə də o qədər adamın yeni mənzillərə köçürüləcəyi barədə məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycanın son on ildə sürətli inkişafı cənab İlham Əliyevin adı ilə bağlıdır. Onun Ulu Öndər Heydər Əliyev strategiyasına sadiqliyi, bu strategiyanı qətiyyət və yaradıcılıqla həyata keçirməsi bu günkü inkişafımızın təminatçısı, gələcək daha firəvan Azərbaycanımızın qarantıdır. Məhz buna görə də Azərbaycan xalqı 2013-cü ilin oktyabr ayında keçirilən Prezident seçkilərində ölkənin,  xalqın taleyini yenidən ona etibar etdi. Vurğulanmışdır ki, rayonumuzun əhalisi də bu mühüm siyasi kompaniyada fəal iştirak etmiş, seçicilərimiz cənab İlham Əliyevə yüksək faizlə dəstək vermişlər. Cənab İlham Əliyevin son on ildə və ondan sonrakı fəaliyyəti bütün əhali kimi sakinlərimizin də öz seçimlərində yanılmadıqlarını bir daha ortaya qoydu. İndi Azərbaycan nəhəng tikinti meydanını xatırladır. Sənayeləşmənin sürətlə həyata keçirilməsi dövlət siyasətində mühüm yer tutur. 2014-cü ilin Prezident İlham Əliyev tərəfindən “Sənayeləşmə ili” elan edilməsi də təsadüfü deyil.
Məruzədə göstərilmişdir ki, hesabat ilində rayonda da xeyli iş görülmüşdür. Rayonun idarə, müəssisə və təşkilatlarının, yerli icra strukturlarının fəaliyyəti əhalinin məskunlaşma vəziyyəti və köçkünlük spesifikası  nəzərə alınmaqla işin səmərəsinin artırılmasına yönəldilmişdir.
2013-cü ildə şəhid ailələrinə dörd dəfə müxtəlif ərzaq yardımı verilmişdir. Digər aztəminatlı ailələrə 16 min 780 manatlıq sənaye malı paylanmışdır.  Əlavə olaraq yas mərasimlərinin təşkili, müalicə xərclərinin ödənilməsi və digər məsələlərlə bağlı aztəminatlı ailələrə yerli imkanlar hesabına 63 min 500 manat yardım göstərilmişdir.
Bildirilmişdir ki, hesabat ili ərzində Rayon Əhalisinin Sosial Müdafiə Mərkəzi tərəfindən 388 ailəyə ünvanlı sosial yardım ödənilmişdir. 79 nəfər əlil putyovka ilə müalicə və istirahət ocaqlarına göndərilmış, 72 nəfər güzəştli vəsiqə ilə təmin olunmuşdur. Maşın növbəsində duran 3 nəfər Qarabağ müharibəsi əlilinə pulsuz avtomobil verilmişdir.
Vətəndaşların həyat səviyyəsinin yüksəlməsində, güzəranlarının yaxşılaşmasında onların işlə təmin olunması önəmli yer tutur. İl ərzində iqtisadiyyatla məşğul olanların sayı 10 min 680 nəfər olmuşdur ki, onların 3 min 17 nəfəri dövlət müəssisələrində, 7 min 663-ü isə qeyri dövlət müəssisələrində çalışır.
  Ötən il  təhsil sahəsində də xeyli iş görülmüş, keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına nail olunmuşdur. Rayonda fəaliyyət göstərən 31 tam və 1 ümumi orta məktəbdə 6773 şagird təhsil alır.  Təhsil sahəsi üçün hələ bir neçə il əvvəl lazımi baza yaradılmasından bəhs edilmişdir. Qeyd edilmişdir ki, 2013-cü ildə rayonun ümumtəhsil məktəblərini 339 nəfər bitirmişdir. Onlardan 290 nəfəri ali məktəblərə sənəd vermiş, 167 nəfəri müxtəlif təhsil müəssisələrinə qəbul olmuşlar. Ali məktəblərə qəbul 57,6 faiz olmuşdur.
Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılmış əmin-amanlıq mühiti bu gün də hörmətli prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda hökm sürən sabit ictimai-siyasi vəziyyət rayonumuzda da davam etməkdədir. 2013-cü ildə rayonda əlamətdar və anım günləri ilə əlaqədar nəzərdə tutulan bütün tədbirlər uğurla icra olunmuşdur. Ümummilli Lider Heydər Əliyevin 90 illlik yubley tədbiri yüksək səviyyədə qeyd edilmiş, rayonun ermənilər tərəfindən işğalının 20 illiyi münasibətilə silsilə tədbirlər təşkil olunmuşdur. Anım tədbirlərinin hazırlanması ərəfəsində əslən Qubadlı rayonundan olan elm adamlarının, yaradıcı ziyalıların və ağsaqqalların iştirakı ilə Rayon İcra Hakimiyyəti aparatında görüş keçirilmiş, fikir mübadiləsi aparılmış, tədbirlərin hazırlanmasında onların fikir və mülahizələri nəzərə alınmışdır. Hərtərəfli hazırlıq işləri anım tədbirlərinin yüksək səviyyədə keçirilməsinə imkan vermişdir.
Sonra hesabatda Qubadlı Rayon Maliyyə şöbəsinin rəisi Kəmaləddin Rüstəmov, Qubadlı Rayon Mərkəzi xəstəxanasının baş həkimi Nüsrət Əhmədov, Qubadlı Rayon Təhsil şöbəsinin müdiri Afət Allahverdiyeva, Qubadlı rayon Xanlıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Valeh Rüstəmov, Qubadlı Rayon Polis söbəsinin rəisi Nizami Əhmədov məruzə ətrafında çıxış etdilər.
Hesabat yığıncağının sonunda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına müraciət ünvanlandı və müvafiq qərar qəbul edildi.

Keçidlər