Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı Soyqırımının qurbanları anıldı

26 fevral 2014 | 16:00

25 fevral 2014-cü il tarixdə Qubadlı rayonu İşıqlı kənd tam orta məktəbdə Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə anım tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçsının müavini Allahverdi Haxverdiyev,  idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, o cümlədən Xocalı şəhər sakini Aydın Əliyev və s. iştirak edirdi.
Tədbirdən öncə Xocalı soyqırımına aid sərgiyə baxış keçirildi. Anım mərasimi açıq elan edildikdən sonra çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev bildirdi ki, tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri 1992-ci ilin fevralında öz vəhşi simalarını bir daha nümayiş etdirərək dinc əhaliyə divan tutmuşlar. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə ermənilərin qeyri-qanuni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayın şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücuma keçərək Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmişdir. Bu təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş müdhiş cinayətdir. Həmin vəhşi hücum nəticəsində azərbaycanlılardan 613 nəfər şəhid oldu, onlardan 106 nəfəri qadın, 56 nəfəri azyaşlı uşaq idi. 59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi. 487 nəfər şikəst oldu. 8 ailə bütövlüklə məhv edildi. 25 azyaşlı uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 1000 nəfərdən çox şəhər sakini əlil oldu. 1275 nəfər əsir və girov götürüldü, əsir düşənlərdən 150 nəfərin (o cümlədən, 68 qadının və 26 uşağın) taleyi bu günədək məlum deyil. Şəxsi və dövlət əmlakına külli miqdarda maddi ziyan dəymişdir.
Tədbirdə çıxış edən Xocalı sakini bu dəhşətli soyqırımın canlı şahidi  olduğunu söyləyərək, erməni təcavüzkarlarının vəhşiliklərini iştirakçıların diqqətinə çatdırdı. Sonra o, Qubadlı rayon rəhbərliyinə tədbirin yüksək səviyyədə təşkil olunmasına görə öz minnətdarlığını bildirdi
Anım tədbirində çıxış edənlər qeyd etdilər ki, Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir. Hər il fevral ayının 26-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarının apardığı siyasət sayəsində torpaqlarımız işğaldan azad ediləcək, şəhidlərimizin ruhu rahatlıq tapacaqdır. Vurğulandı ki, bu gün Õîúàëû həqiqətlərinin dünyaya çatdırılması istiqamətində məqsədyönlü addımlar atılır. Dövlətimizin siyasəti, Heydər Əliyev Fondunun bu yöndə fəaliyyəti nəticəsində bu sahədə  müsbət nəticələr əldə edilmişdir.
Tədbirdə Xocalı soyqırımına həsr edilmiş videoçarx nümayiş etdirildi. Məktəb şagirdlərinin ifasında səhnəciklər göstərildi, qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səsləndi.

Keçidlər