Şriftin ölçüsü :

Saytın rəngi :

“8 Mart Beynəlxalq Qadınlar Günü”

09 mart 2014 | 16:00

“8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Qubadlı rayon ictiamiyyəti tərəfindən “28 May” Mədəniyyət evində tədbir keçirildi. Əksəriyyəti qadınların təşkil etdiyi tədbirdə rayon İcra Hakimiyyəti başçısı cənab M.İsaqov, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbirdə qısa məruzə ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva çıxış etdi. O, bütün Azərbaycan qadınlarını təbrik edərək bildirdi ki, Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınlarımızın müstəsna rolu olmuşdur.
Sonra çıxış edən RİH başçısı cənab Malik İsaqov qadınları bu xoş gün münasibəti ilə təbrik edərək qeyd etdi ki, mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir. Ümummili Lider Heydər Əliyevin siyasətində qadına diqqət və qayğının mühüm bir istiqamət təşkil etdiyini bildirən başçı qeyd etdi ki, həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firəvan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər. Dövlət quruculuğumuzun bütün istiqamətlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyuimizin daha da mohkəmləndirilməsi, mədəniyyətimizin inkişaf etdirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər.
Başçı xüsusi vurğuladı ki, Azərbaycan xalqının tarixi-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini qadınlarımız örnək kimi qəbul edir. Öz xidmətləri ilə Azərbaycan qadınının, Azərbaycan xanımının obrazını canlandıran,  UNESKO və İSESKO-nun xoşməramlı Səfiri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın  gördüyü işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.
Malik İsaqov onu da razılıqla qeyd etdi ki, müstəqil dövlətimizin qayğısından bəhrələnən, məcburi köçkün ömrü yaşayan Qubadlı qadınları da bu gün öz missiyasını ləyaqətlə yerinə yetirir, ölkəmizdə aparılan siyasətin fəal müdafiəçiləridir. Belə ki, hazırda rayonumuzda 2228 nəfərdən çox qadın müxtəlif sahələrdə çalışır. Onlardan 1556 nəfəri təhsil sahəsində, 198 nəfəri səhiyyə, 296 nəfəri mədəniyyətdə, 70 nəfəri dövlət qulluyğunda, 108 nəfəri digər sahələrdə fəaliyyət göstərir. Pedaqoji sahədə çalışan 4 nəfər qadın Respublikanın “Əməkdar müəllimi” fəxri adına laiq görülmüşdür.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edildi.
Tədbir konsert proqramı ilə davam etdi.

Keçidlər