Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Təhlükəsizlik orqanlarının yaranmasının 95 illiyi münasibətilə Qubadlı rayonunda keçirilən tədbir haqqında

29 mart 2014 | 16:00

28 mart 2014-cü il tarixdə Qubadlı rayon İcra Hakimiyyətində milli təhlükəsizlik orqanlarının yaranmasının 95 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin İcra Hakimiyyətinin inzibati binasının foyesində qoyulmuş büstünün önünə gül dəstələri qoyaraq, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.
Sonra İcra Hakimiyyətinin müşavirə zalında  davam etdirilən və  Qubadlı rayon Milli Təhlükəsizlik şöbəsinin əməkdaşlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərlərinin iştirak etdikləri tədbiri  Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov  açmışdır. Əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edən başçı milli təhlükəsizlik orqanlarının keçdiyi şərəfli yoldan, xalqımızın Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin, dövlət strukturlarının, o cümlədən milli təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğıdan danışmış, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini qeyd etmişdir. Bildirilmişdir ki, gündən-günə inkişaf edən respublikamızın uğurlarına qısqanclıqla yanaşan qüvvələr hər cəhddə ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırlar.
Tədbirdə Qubadlı rayon Milli Təhlükəsizlik şöbəsinin rəisi Namiq Qurbanov məruzə ilə çıxış edərək  95 il öncə yaradılan Azərbaycan milli təhlükəsizlik orqanlarının tarixindən bəhs etmişdir. Bildirmişdir ki, bu orqanlarda milli mənafelərə xidmət strategiyasının əsası ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələrdə işlədiyi illərdə milli xüsusi xidmət orqanının peşəkar kadr potensialının formalaşması üçün başlıca zəmin hazırlanmışdır. Qeyd etmişdir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyevin siyasi kursunun uğur qazanması üçün əlverişli şəraitin yaradılmasında MTN əməkdaşları da yaxından iştirak edirlər.
Sonra Qubadlı rayon prokuroru Qoşqar Əliyev, rayon Daxili işlər şöbəsinin rəisi Nizami Əhmədov, rayon Mərkəzi xəstəxanasının baş həkimi Nüsrət Əhmədov çıxış etmişlər.
Çıxışlarda vurğulanmışdır ki, son dövrlər bəzi ölkələrdə cərəyan edən proseslər, xüsusilə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlər, müxtəlif radikal meyllərlə üzləşmək təhlükəsi və s. təhlükələr hərtərəfli sayıq olmağımızı tələb edir. Bütün bunlar bizləri malik olduğumuz dəyərlərə sahib çıxmağa, əldə olunmuş sabitliyi, milli birliyi və tolerantlığı qorumağa çağırır.
Bildirilmişdir ki, təhlükəsizlik orqanlarının fəaliyyəti cəmiyyətdə yüksək qiymətləndirilir. Ulu öndər Heydər Əliyevin siyasi xəttini qətiyyətlə və uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi və qüdrətlənməsi naminə görülən işlər nəticəsində Azərbaycan dünyada ən sabit, sürətlə inkişaf edən və təhlükəsizlik mühitinə malik ölkələrdən birinə çevrilmişdir.
Tədbiri yekunlaşdıran Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov  Milli təhlükəsizlik orqanlarının Azərbaycan dövlətçiliyinin qorunmasına layiqli töhfələr verdiyini vurğulayaraq qeyd etmişdir ki, ölkəmizin maraqlarının və mənafelərinin, milli təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın qorunmasında hər kəs daim ön sırada olmağa çalışmalıdır. Bu gün Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan siyasətin ümumxalq dəstəyi qazandığnı və alternativi olmadığını bildirən başçı demişdir ki, hər bir vətənpərvər azərbaycanlı harada olmasından asılı olmayaraq müstəqil Azərbaycanın milli mənafeyini qorumalı, inkişafı və qüdrətlənməsi üçün bütün səylərini səfərbər etməlidir.
Sonda MTN rayon şöbəsinin 1 əməkdaşına rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı təqdim edilmiş, başqa bir əməkdaş hədiyyə ilə mükafatlandırılmışdır.

Keçidlər