Şriftin ölçüsü :

Saytın rəngi :

28 May Respublika günüdür

28 may 2014 | 15:00

27 may 2014-cü il tarixdə Qubadlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən 28 May mədəniyyət evində 28 May Respublika günü münasibəti ilə tədbir keçirildi. Rayon icra hakimiyyətinin başçısı Malik İsaqovun, RİH-nin məsul işçilərinin, idarə və müəsisə rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə məruzə ilə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yeri vardır. Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə çəmi 23 ay fəaliyyət göstərsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənlərimizin bərpası işində böyük rol oynamışdır.
Natiq vurğuladı ki¸həmin dövrdə demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində mühüm addımlar atılmışdır.
Qeyd olundu ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti Ümummilli Lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir.  1993-cü ildəki hadisələrə nəzər yetirən məruzəçi qeyd etdi ki, əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan Respublikasının taleyi də Azərbaycan Cümhuriyyətinin taleyi kimi olacaqdı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı nəticəsində ölkəmiz milli dövlət quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələsinə qədəm qoydu və ən əsası xalqın azadlıq ideyasına olan sonsuz inamı özünə qayıtdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai- siyasi, elmi- mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ümummilli lider Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində 1994-cü il oktyabr və 1995-ci ilin dövlət çevrilişi cəhdlərinin qarşısı alındı.
Qürur hissi ilə qeyd edildi ki, Müstəqil Azərbaycan Respublikasının banisi görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Demokratik Respublikası haqqında söylədiyi fikirlər bütün zamanlar üçün aktuallığını saxlamaqdadır: ”Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Biz bu varisçilik prinsipini şərəflə, sədaqətlə yerinə yetiririk və yetirəcəyik ”.
Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan hazırda Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında layiqli yer tutur.  Bu gün məhz cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz iqtisadi artım tempinə görə dünya dövlətləri arasında ön mövqelərə çıxmış, regionun lider dövlətinə çevrilmişdir. 
Sonra tədbir Qubadlı rayon və Mahmudlu kənd uşaq musiqi məktəbləri, Qubadlı rayon “Bərgüşad” instrumental ansamblı və bir sıra tanınmış   musiqiçilərin ifalarında konsert proqramı ilə davam etdirildi.

Keçidlər