Şriftin ölçüsü :

Saytın rəngi :

01 İyun Beynəlxalq Uşaqlar günüdür.

02 iyun 2014 | 15:00

01 iyun 2014-cü il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Süleyman Rəhimov adına Qubadlı rayon Mahruzlu məktəbində Beynəlxalq Uşaqlar Günü ilə bağlı tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısının müavinləri, RİH-nin məsul işçiləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və rayonun ümumtəhsil məktəblərinin kollektivləri, fiziki və əqli qüsurlu uşaqlar, onların valieynləri də iştirak etdi. Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun salamlarını və təbriklərini balaca fidanlara çatdırdı.Ümummilli liderimiz Heydər Əliyevin siyasətindən irəli gələrək Cənab Prezidentimiz Heydər Əliyevin uşaqlara göstərdiyi əvəzedilməz diqqətdən, sevgi dolu qayğısından danışdı. Allahverdi Haxverdiyev çıxışında qeyd etdiki, 1993-cü ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü və atəşkəs dövründə Qubadlı rayonu üzrə 8 nəfər uşaq həlak oldu, 5 nəfər uşaq hər iki valideynindən məhrum oldu, 107 nəfər uşaq valideynlərindən birini itirdi, 4 nəfər azyaşlı əlil oldu, 1 nəfər uçaq əsir düşdü. Müharibənin agrı-acısını yaşamagımıza baxmayaraq bu gün Vətənimizin bir parçası olan Ulu Zəngəzurun dilbər guşəsi, torpağından bərəkət yağan Qubadlıdan  8776 nəfər uşaq böyüyür.
Daha sonra Mahruzlu kənd tam orta məktəbinin direktoru Yusifov Yusif müəllim sevinclə, sevgiylə dolu olan balaları təbrik etdi. Çöhrələrindən gülüş əskik olmayan uşaqlara ən ümdə arzusunu çatdırdı.
Qürur hissi ilə qeyd edildi ki, Müstəqil Azərbaycan Respublikasının banisi görkəmli dövlət xadimi Heydər Əliyevin uşaqlar haqqında söylədiyi fikirlər bütün zamanlar üçün aktuallığını saxlamaqdadır: ”Uşaqlar bizim gələcəyimizdir ”.
Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan hazırda Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında layiqli yer tutur. Bu gün məhz cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz iqtisadi artım tempinə görə dünya dövlətləri arasında ön mövqelərə çıxmış, regionun lider dövlətinə çevrilmişdir. 
Sonra tədbir Qubadlı rayon Mahruzlu məktəbinin və eləcə də daima ifaları ilə hər kəsin könlünü oxşayan Mahmudlu kənd musiqi məktəbinin şagirdlərinin ifaları ilə davam etdirildi. Tədbirə qatılan şən klounun və uşaqların sevimli nağıl qəhramanı olan qırmızı papağın göstərdikləri əyləncəli oyunlar tədbirə daha da rəngarənglik qatdı. Rayon icra hakimiyyəti tərəfində diqqətdə olan əqli və fiziki qüsurlu uşaqlara, eləcə də fəallığı ilə fərqlənən azyaşlı məktəblilərə hədiyyələr paylanıldı. Rayonun silsilə tədbirlərindən biri olan bu tədbir də öz xüsusiliyi, maraqlı anları ilə körpələrin, məktəblilərin və tədbir iştirakçılarının unudulmaz xoş anlarına çevrildi.

Keçidlər