Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və onun yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Qubadlı rayon nümayəndələrinin iştirakı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" layihəsi çərçivəsində görüş keçirildi
13.10.2023-cü il tarixdə Qubadlı rayon Tarix-Diyarşünaslıq Muzeyində Qubadlı rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və onun yanında fəaliyyət göstərənUşaq Səfirlər Məclisinin Qubadlı rayon nümayəndələrinin iştirakı iləHeydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" regionlar üçün layihəsi çərçivəsindəgörüş keçirildi.Tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xoşqədəm Alıyeva, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin Qubadlı rayon sektorunun müdiri İslam Allahverdiyev, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aytən Məmmədova, Uşaq Səfirlər Məclisinin Qubadlı rayon nümayəndələri Qubadlı rayon Bəhmən Mehdiyev adına Şəhər-2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Aysu Cuvarlı və Qubadlı rayon Şükür Həmidov adına Xanlıq kənd-3 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Bahar Gözəlova, müəllimlər və şagirdlər iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayon icra Hakimiyyətinin foyesindəki büstü önünə gül dəstələri qoyaraq ehtiramlarını ifadə etdilər.
Məktəbli şagirdlər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotoguşələrlə tanış oldular.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsinibir dəqiqəlik sükutla yad etdilər.
Uşaq Səfirlər Məclisinin nümayəndələrinin təqdimatında "Mən fəxr edirəm ki, Azərbaycanlıyam"mövzusunda videoçarx nümayiş etdirildi.
Görüşdə Uşaq Səfirlər Məclisinin Qubadlı rayonu üzrə nümayəndələrinin təqdimatları və fəal məktəblilərin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş çıxışları dinlənildi, onların ifasında şeirlər səsləndi.
Tədbirdə çıxış edənlər layihənin məqsədinin dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi irsini və dövlət uşaq siyasətini yeniyetmə və gənclər arasında təbliğ etməkdən ibarət olduğunu iştirakçıların diqqətinə çatdırdılar.
Tədbirdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, uşaqların rahat yaşaması, təhsil alması, öz potensiallarını gerçəkləşdirmələri üçün bütün şəraitin yaradılmasından bəhs edildi. Bildirildi ki, ölkəmizdə aparılan uğurlu təhsil siyasəti, həmçinin Qubadlı məktəblilərinin qazandığı uğurlar və bütün bu uğurların mənbəyi Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının nəticəsidir.
Görüş zamanı uşaqlara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Uşaq Səfirlər Məclisi, onların fəaliyyəti və Uşaq hüquqlarının qorunmasıbarədə məlumat verildi.
Yekunda Uşaq Səfirlər Məclisinin Qubadlı rayon nümayəndələri Fəxri Fərmanlarla təltif olundular.