Ali məktəblərə qəbul imtahanlarında tələbə adını qazanmış məzunlarla görüş
8 sentyabr 2022-ci il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasındatələbə adını qazanmış məzunlarla görüş keçirildi. Görüşdə Rayon İcra hakimiyyətinin başçısı cənab Malik İsaqov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şükür Həmidovun atası Nəriman Həmidov, RİH-nin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri,rayon Təhsil sektorunun əməkdaşları,məktəb direktorları, məzunlar və valideynlər iştirak edirdilər.
Əvvəlcə 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbiri açıq elan edən Şərqi Zəngəzur Regional Təhsil idarəsinin müdiri Fuad Bədəlov məruzə ilə çıxış etdi.
RİH-nin başçısı Malik İsaqov tələbə adını qazanan gəncləri təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzuladı.Qeyd olundu ki,ölkəmizin son illər əldə etdiyi uğurlar, 44 günlük Vətən müharibəsində qazanılan zəfər, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması, ölkə başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində qazanılan nailiyyətlər Azərbaycanın qüdrətli ölkə olmasının bariz nümunəsidir. Uğurlu gələcək üçün bilikli və bacarıqlı, hərtərəfli inkişaf edən gənc nəslin yetişməsində ümumtəhsil məktəblərinin böyük rolu vardır.Ulu Öndər Heydər Əliyevin dediyi kimi təhsil hər bir xalqın gələcəyidir. Bu mənada elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir.Ulu Öndər Heydər Əliyevin təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün Ulu Öndərin layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təhsilin davamlı inkişafına yönələn əsaslı tədbirlər həyata keçirilir. Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Cənab Prezidentin rəhbərliyi ilə hər zaman təhsillə bağlı islahatlar aparılıb, müvafiq dövlət proqramları həyata keçirilib. Bu proqramlar əsasında məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, zəruri avadanlıqlarla təchiz olunması istiqamətində ciddi addımlar atılıb. Bu zamana qədər qəbul edilmiş təhsil proqramları məktəbəqədər təhsil, texniki peşə, orta ümumtəhsil və ali məktəblərin inkişafını nəzərdə tutan dövlət əhəmiyyətli fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Bu gün Qubadlı rayonunda da bu işlər uğurla davam etdirilir. Bu il rayonumuzunH.Quliyev adına Çaytumas kənd məktəb liseyi, B.Hüseynov adına Dəmirçilər kənd tam orta məktəbi vəŞ.Kərimov adına Çərəli kənd tam orta məktəbləri qəbul imtahanlarında 100% nəticə göstərmişlər. Belə ki, Çaytumas məktəb liseyində məktəbi bitirən 39 məzunun hamısı, Dəmirçilər kənd tam orta məktəbində ali məktəblərə sənəd verən 9 məzun, Çərəli kənd tam orta məktəbində isə sənəd verən 6məzunun hamısı tələbə adını qazanmışdır.
Çıxış edən Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şükür Həmidovun atası Nəriman Həmidov qeyd etdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu.
Daha sonra Nəriman Həmidov bütün tələbə adını qazanan məzunları təbrik edərək onlaramilli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin ictimai-siyasi və mədəni həyatında aktiv iştirak etmələrini arzuladı.
Qeyd edək ki, Nəriman Həmidovun nəvəsi, Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Qubadlı rayonundan olan Vətən müharibəsi Şəhidi, polkovnik Həmidov Şükür Nəriman oğlunun qızı Əzizə Həmidova da bu il tələbə adını qazanıb. Bu il Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbindən məzun olan Əzizə Həmidova ali məktəblərə qəbul imtahanında uğurlu nəticə əldə edərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub..
Cari ildə 649 məzundan 573 nəfəri sənəd vermiş və onlardan 421 nəfəri ali məktəblərə qəbul olmuşlar. Qəbul imtahanlarında iştirak edən 43 nəfər məzun 500-600 arası, 25 nəfərməzun isə 600-700 arası bal toplamışdır. Bu il rayonumuz üzrə qəbul faizi 73.5% təşkil edir. Rayon üzrə ən yüksək nəticəni isəXanlıq-2 saylı tam orta məktəbin məzunu Humaylı Xalidə Nizami qızı göstərmiş, 678,9 bal toplayaraq uğur əldə etmişdir.Həmçinin qeyd olunmalıdır ki, bu il Əliquluuşağı kənd tam orta məktəbin məzunu Həbibov Nəsib Həbib oğlu Təhsil Nazirliyi tərəfindən qızıl nişanla, K.Mirzəyev adına Xanlıq-1 saylı tam orta məktəbin məzunu Tağıyev İlkin Vüsal oğlu isə gümüş nişanla təltif olunmuşdur.
Qeyd olunmalıdır ki, 2020-2021-ci il tədris ilində ali məktəblərə qəbul olma faizinə görə Qubadlı rayonu ölkə üzrə 1-ci yeri tutmuşdur.
Butün bunlar cənab Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.
Sonra çıxış edən təhsil işçiləri, valideynlər və məzunlar gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Sonda yüksək bal toplamış gənclərə RİH tərəfindən hədiyyələr təqdim olundu.