Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan tələbə adını qazanmış məzunlarla görüş7
9 sentyabr 2023-cü il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasındatələbə adını qazanmış yüksək bal toplayan məzunlarla görüş keçirildi. Görüşdə Rayon İcra hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, Şərqi Zəngəzur Regional Təhsil idarəsinin müdiri Fuad Bədəlov, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon Təhsil sektorunun əməkdaşları, məktəb direktorları, məzunlar və valideynlər iştirak edirdilər.
Əvvəlcə 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbiri açıq elan edən Şərqi Zəngəzur Regional Təhsil idarəsinin müdiri Fuad Bədəlov məruzə ilə çıxış etdi.
RİH-nin başçısı Malik İsaqov tələbə adını qazanan gəncləri təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzuladı.Qeyd olundu ki,ölkəmizin son illər əldə etdiyi uğurlar, 44 günlük Vətən müharibəsində qazanılan zəfər, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması, ölkə başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində qazanılan nailiyyətlər Azərbaycanın qüdrətli ölkə olmasının bariz nümunəsidir. Uğurlu gələcək üçün bilikli və bacarıqlı, hərtərəfli inkişaf edən gənc nəslin yetişməsində ümumtəhsil məktəblərinin böyük rolu vardır.Ulu Öndər Heydər Əliyevin dediyi kimi təhsil hər bir xalqın gələcəyidir. Bu mənada elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir.Ulu Öndər Heydər Əliyevin təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün Ulu Öndərin layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təhsilin davamlı inkişafına yönələn əsaslı tədbirlər həyata keçirilir. Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Cənab Prezidentin rəhbərliyi ilə hər zaman təhsillə bağlı islahatlar aparılıb, müvafiq dövlət proqramları həyata keçirilib. Bu proqramlar əsasında məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, zəruri avadanlıqlarla təchiz olunması istiqamətində ciddi addımlar atılıb. Bu zamana qədər qəbul edilmiş təhsil proqramları məktəbəqədər təhsil, texniki peşə, orta ümumtəhsil və ali məktəblərin inkişafını nəzərdə tutan dövlət əhəmiyyətli fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Bu gün Qubadlı rayonunda da bu işlər uğurla davam etdirilir. Bu il rayonumuzunH.Quliyev adına Çaytumas kənd məktəb-liseyi, Qubadlı Şəhər-4 saylı tam orta məktəbi, Q.Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbi, F.Mehdiyev adına Qaralar kənd tam orta məktəbi, İ.Qayıbov adına Saray kənd tam orta məktəbi, B.Məmmədov adına Fərcan kənd tam orta məktəbləriqəbul imtahanlarında 100% nəticə göstərmişlər. Belə ki, Çaytumas məktəb liseyində məktəbi bitirən 39 məzunun hamısı, Qubadlı Şəhər-4 saylı tam orta məktəbində ali məktəblərə sənəd verən 14 məzun, Q.Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbində sənəd verən 12məzun, F.Mehdiyev adına Qaralar kənd tam orta məktəbində sənəd verən 23 məzun, İ.Qayıbov adına Saray kənd tam orta məktəbində 11 məzun, B.Məmmədov adına Fərcan kənd tam orta məktəbində isə sənəd verən 6 məzunun hamısı tələbə adını qazanmışdır.
Cari ildə 710 məzundan 582 nəfəri sənəd vermiş və onlardan 464 nəfəri ali məktəblərə qəbul olmuşlar. Qəbul imtahanlarında iştirak edən 62 nəfər məzun 500-600 arası, 16 nəfərməzun isə 600-700 arası bal toplamışdır. Bu il rayonumuz üzrə qəbul faizi 79.7% təşkil edir. Rayon üzrə ən yüksək nəticəni isəƏliyar Əliyev adına Qəzyan kənd tam orta məktəbin məzunu Süleymanov Fəhmin Azər oğlu göstərmiş, 665 bal toplayaraq uğur əldə etmişdir.
Butün bunlar cənab Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.
Sonra çıxış edən təhsil işçiləri, valideynlər və məzunlar gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Sonda yüksək bal toplamış gənclərə RİH tərəfindən hədiyyələr təqdim olundu.