Şriftin ölçüsü :

Saytın rəngi :

Avqustun 6-sı 1992-ci il tarixində Qubadlı rayon Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən şəhid olmuş 9 nəfər hərbçinin abidə kompleksinin açılışına həsr olunmuş tədbir

06 avqust 2022 | 13:55

2022-ci il 6 avqust tarixində Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 19-cu məhəllədə1992-ci il 6 avqust tarixində Qubadlı rayon Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən şəhid olmuş 9 nəfər hərbçimiz Milli qəhrəman Ağayev Bəylər Tapdıq oğlu, Şəhidlər- Quliyev Qabil Oruc oğlu, Ağayev Şirin Tapdıq oğlu, Əliyev İlham Əhməd oğlu, İsmayılov Vidadi Ağalar oğlu, Eminov Savalan Əmir oğlu, Cəfərov Babək Tapdıq oğlu, Şirinov Şirin Əhməd oğlu və İsmayılov Aslan Şəmil oğlunun 30-cu ildönümü ilə əlaqədar hazırlanmış abidə kompleksinin açılışı oldu.

Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Abidə kompleksinin qarşısına gül dəstələri və əklillər qoyuldu.

Sumqayıt şəhərinin axundu Hacı Rauf tərəfindən Şəhidlərin ruhuna dualar oxundu.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev, Xoşqədəm Alıyeva, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov,rayon Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov, rayon sakini,həkim Asif Kəlbaliyev,RİH-in məsul işçiləri,idarə, müəssisə, təşkilat rəhbərləri, Bərgüşad qəzetinin redaktoru, AJB-in Şərqi Zəngəzur təşkilatının sədri Qafqaz Dəmirov,şəhidlərimizin yaxınları, ailə üzvləri, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev bildirdi ki,I Qarabağ müharibəsində  Qubadlı oğulları mərdliklə vuruşdular, onlar bir qarış torpağı belə yağı düşmənə vermək fikrində deyildilər. Həmin döyüşlərdə Rayonumuz 11-i Milli qəhrəman olmaqla  238 şəhid verib. Təkcə Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən 25 nəfər şəhid olmuşdur.   Bu gün xatirə lövhələrinin açılışına toplaşdığımız  9 Şəhidimiz, həmçinin Azərbaycanın Milli Qəhrəmanları Qubadlı şəhər sakini Məmmədov Aqil Səməd oğlu, İşıqlı kəndindən Əliyev Ələkbər Həsən oğlu, Muradxanlı kəndindən Atakişiyev Aslan Qabil oğlu da  eyni gündə 1992-ci il avqustun  6-sı  Qəhrəmanlıq göstərərək şəhid olmuşlar. Onlar Laçının azad olması uğrunda Səfiyan, Türkə, Fərcan, Xanalı kəndlərində döyüşmüş sonda Suarası kəndində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşlar. Qaracallı kənd Nümayəndəliyindən olan doqquz şəhidimizin  səkkizi  Qarağac kəndində, biri isə Qarakişilər kəndində dəfn olunmuşdur.

Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu, ərazi bütövlüyümüz bərpa olundu. Ölkəmizdəki Xalq-İqtidar birliyi sözün əsl mənasında "dəmir yumruğa” çevrildi və işğalçının belini qırdı. 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.

44 günlük Vətən müharibəsindən sonra Qubadlı RİH başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar  Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və  Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur.  Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab Malik İsaqovun diqqət və qayğısı sayəsində Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə mədəniyyət və təhsil müəssisələrinə onların adları verilir,  xatirə lövhələri,  baralyeflər hazırlanır, abidələr ucaldılır, anım və doğum günləri qeyd olunur.

Elə bu günkü tədbir də həmin qayğının bariz nümunəsidir. 

      Çıxış edənŞəhidlərimizin müəllimləri Adıgözəl Adıgözəlov, Kamil Təhməzov  bildirdilər ki, insanın xoşbəxtliyi müxtəlif meyarlarla ölçülə bilər. Ancaq vətən uğrunda ölmək daha böyük xoşbəxtlikdir.  Elə bir xoşbəxtlikdir ki, o hər kəsin qismətinə düşmür. Ancaq vətən uğrunda ölənlərin qəhrəmanlığı Azərbaycan gənclərinə örnək olmaqla yanaşı, gələcək nəslin formalaşmasında böyük rol oynayır. Deməli bu insanlar ölümləri ilə də xalqına xidmət edirlər. Qəhrəmanları torpaq yetirir, torpağı isə qəhrəmanlar qoruyur və yaşadır. Qəhrəmanlıq elə bir məfhumdur ki, bəlkə də onu etməyin hər hansı bir forması  və mexanizmi yoxdur. O, tarixi şərait yetişəndə üzə çıxır. Ancaq ürəyində vətən və dövlət sevgisi, damarında pak qanı olmayan insan qəhrəman ola bilməz.

Digər çıxış edənlər Qərargah rəisi vəzifəsində çalışmış Novruz Məmmədov və Şəhidlərin döyüş yoldaşları Bəxtiyar Kərimov və Arif Abdullayevonlarla bağlı xatirələrini bölüşərək Şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının problemlərini daim diqqətdə saxlayan ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Ümummilli liderimiz Heydər Əliyevin bizə miras qoyub getdiyi Azərbaycanımızı qorumaq üçün Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin əmr və sərəncamlarını sözsüz yerinə yetirməyə hər zaman hazır olduqlarını vurğuladılar.

Çıxış edən Milli Qəhrəman Bəylər Ağayevin və Şirin Ağayevin anası Mədinə Ağayeva, Şəhid Quliyev Qabil Oruc oğlunun  bacısı Xalidə Quliyeva, Şəhid İsmayılov Aslan Şəmil oğlunun qardaşı Məhərrəm İsmayılov, Şəhid Cəfərov Babəkin anası Səmayə Cəfərova,şəhid ailəsi Fərhad Abdullayevonlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və 1-ci vitse prezident Mehriban xanım Əliyevaya, həmçinin rayon rəhbərliyinə minnətdarlıqlarını bildirərək qeyd etdilər ki, respublikamızda şəhid ailələri, Qarabağ əlilləri, onların problemləri daim diqqət mərkəzindədir. Azərbaycanda son 30 ildə olduğu kimi Vətən Müharibəsindən sonra da ölkəmizin müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir.

Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi işçilərinin ifasında  şeirlər səsləndirildi.

 

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər