Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı maarifləndirici tədbir keçirildi
2025-ci il 21 fevral tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində fəaliyyət göstərən rayonun İşıqlı kənd tam orta məktəbində Konstitusiya və Suverenlik İli çərçivəsində21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, YAP Qubadlı rayon təşkilatının fəalları, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin rayon sektorunun, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəlikərinin işçiləri, İşıqlı kənd tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.
Tədbirdə giriş nitqi ilə çıxış edən Rayonun İşıqlı kənd tam orta məktəbin direktoru Ofeliya Yusifova tədbir iştirakçılarını salamlayaraq “Dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması” nın əhəmiyyətindən danışaraq tədbiri açıq elan etdi.
21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş videoçarx nümayiş olundu.
TədbirdəQubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyevaçıxış edərək bildirdi ki, 21fevral dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında UNESCO tərəfindən 21fevral Beynəlxalq Ana Dili Günü elan edilmişdir.
Dilimizin özünəməxsusluğuna xələl yetirilmədən zənginləşdirilməsinin hazırda aktual məsələlərdən olduğunu bildirən Xoşqədəm Alıyeva onun inkişafı və saflığının qorunması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər haqqında ətraflı çıxış etdi.
Qeyd olundu ki, Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolu, onun zənginliyinin və saflığının qorunması Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində tarixi xidmətlərindəndir.Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixliFərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmışsözügedən Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.
Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
Azərbaycan dövlətinin dil siyasətini uğurla davam etdirənPrezident İlham Əliyev 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı həm də əlifba ilə bağlı problemləri həll etdi.Bu sahədə atılan ən mühüm addımlardan biri də Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 9 aprel 2013-cü il tarixli Sərəncamıdır. Sərəncamda dil və nitq mədəniyyətinin yüksəldilməsi, Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi, dövlət orqanlarında Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi bir vəzifə kimi qarşıya qoyulub.
Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin rayon sektorunun əməkdaşı PərvinRəsulov mövzu ilə əlaqədar ilk növbədə Azərbaycan dilinin tarixi haqqında öz fikirlərini bölüşdü.
Qeyd olundu ki, sənədlərin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanması və sənədləşmə işinin “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun həyata keçirilməlidir.
İşıqlı kənd tam orta məktəbin dil-ədəbiyyat müəllimiSənubər Məmmədova və ibtidai sinif müəllimi Yeganə Abdullayeva“Dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması” ilə bağlı məruzə ilə çıxış etdilər.
Daha sonra şagirdlər tərəfindən mahnılar, şeirlər səsləndirildi, səhnəciklər nümayiş olundu.