Azərbaycan Respublikası qadınlarının VI qurultayı ilə əlaqədar Qubadlı rayonunda toplantıkeçirildi
04 oktyabr2023-cüiltarixində Qubadlı Rayonİcra Hakimiyyətinin inzibati binasındaUlu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan qadınlarının Vl qurultayı ilə əlaqədar toplantı keçirildi. Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən toplantıdarayonunmüxtəlif sahələrində çalışan ictimaifəalqadınlariştirak edirdilər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və dövlət müstəqilliyimizin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tarix boyu Azərbaycan qadınlarının müdrikliyi və qəhrəmanlığı ilə parlaq səhifələr yaratdığını, dövlətçiliyə, cəmiyyət quruculuğuna dəyərli töhfələr verdiyini vurğulayanQubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva bildirdi ki,Ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən olunması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev ölkə həyatının bütün sahələrində gender bərabərliyinin qorunmasına xüsusi önəm vermiş və qadınların hərtərəfli fəaliyyətinə geniş imkan yaratmışdır.Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Belə ki, mövcud istiqamətdə strateji prioritetləri müəyyən etmək üçün Ulu Öndər Heydər Əliyev tərəfindən çoxlu sayda Fərman və Sərəncamlar imzalanmışdır. Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadınların durumunu, mövqeyini gücləndirmək üçün ölkə tarixində ilk dəfə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalamışdır.
Müstəqil Azərbaycanın tarixində 1998-ci il sentyabrın 25-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə qadınların ilk qurultayı keçirilmiş və bu dövlət qadın siyasətinin tarixində mühüm hadisə olmuşdur.Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə edilmiş və hər beş ildən bir Azərbaycan qadınlarının qurultayının keçirilməsi qərara alınmışdır. 1998-ci ildən başlayaraq keçirilən bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.Bu il həmin tarixi hadisədən 25 il ötür.
Bu gün həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan qadınlarının ölkənin həm ictimai, həm də siyasi həyatdakı fəallığını daha da artır. Ölkə başçısı İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Gender bərabərliyinin təmin edilməsi üçün qanunvericilik bazası yaradılmışdır. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti qadınlar üçün parlaq nümunədir və onun geniş ictimai-siyasi xidmətləri dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır.Mehriban xanım Əliyeva səmərəli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır.
Toplantıda ailə problemləri, erkən nigahın fəsadları, gender bərabərliyi, qız uşaqlarının təhsildən yayınması, habelə məişət zorakılığının qarşısının alınması, qadınhüquqlarınındahaetibarlımüdafiəsivə bu kimi aktual məsələlər müzakirə olunduvə təkliflərdinlənildi.
Toplantı iştirakçıları Azərbaycan qadınlarının Vl qurultayına seçilən nümayəndələrə uğurlar arzuladılar.