Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Əliyev Ələkbər Həsən oğlunnun 70 illik yubley tədbiri keçirildi.

23 dekabr 2025 | 12:24

23 dekabr 2025-ci il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Nizami Kino Mərkəzində I Qarabağ Müharibəsi şəhidi Azərbaycanın Milli Qəhrəmanı Əliyev Ələkbər Həsən oğlunun70 illik yubleyi münasibəti ilə tədbir keçirildi.

Əvvəlcə Bakı şəhər Şəhidlər xiyabanında Milli Qəhrəmanımızın məzarı ziyarət olundu, gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.

Daha sonra tədbir Bakı şəhər Nizami Kino Mərkəzində davam etdirildi.

      Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-nin məsul işçiləri, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı və İctimai Birliyin üzvləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Aslan Atakişiyev adına Muradxanlı kənd tam orta məktəbin kollektivi, Bakı şəhəri, Xətai rayonunun 204 saylı tam orta məktəbin kollektivi, Şəhidimizin ailə üzvləri, yaxınları, qonaqlar, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

“Vətənpərvərlik” mövzusunda şeirlər  səsləndirildi, muğam parçaları ifa olundu.

       Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev  qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

        Vurğulandı ki, Ölkəmizin son illər əldə etdiyi uğurlar, 44 günlük Vətən müharibəsində qazanılan zəfər, işğal altında olan torpaqlarımızın azad olunması, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində qazanılan nailiyyətlər Azərbaycanın qüdrətli ölkə olmasının bariz nümunəsidir.Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən I Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı qeyd etdi ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədaləti bərpa olundu. Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu, ərazi bütövlüyümüz bərpa olundu. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.

Tədbirdə General Leytenant Yaşar Aydəmirov, Bakı Dövlət Universitetinin professoru Abbas Abbasov, Qubadlı özünümüdafiə batalyonun keçmiş komandiri Dağbəyi Məhyəddinov, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev və digər çıxış edənlərşəhidimizlə bağlı öz xatirələrini bölüşdülər və qeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.

Tədbir iştirakçıları Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevi doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik etdilər.

Şəhidimizin həyat yoldaşıgöstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

       Əliyev Ələkbər Həsən oğlu 22 dekabr 1955-ci ildə Zəngəzur mahalı Qubadlı rayonunun İşıqlı kəndində dünyaya göz açıb. 1972-ci ildə Muradxanlı kənd orta məktəbini bitirib, Sumqayıt Politexnik Texnikumuna daxil olub. Təhsilini başa vurduqdan sonra iki il Sovet Ordusu sıralarında xidmət edib. O, Vətənə döndükdən sonra Qubadlı rayon Kimya Birliyində çalışır. Bir müddət sonra doğulduğu kəndə qayıdır və kənd camaatının istəyi ilə sovxoz direktorunun müavini vəzifəsinə təyin edilir.

       Erməni vandalizmi Ələkbər Əliyevi bir anda olsun rahat buraxmayıb. O, həran qaçqın həmvətənlərinin halına acıyır, onlara mənəvi dayaq olmağa çalışıb. Ələkbər özünümüdafiə dəstəsi yaradaraq doğma torpağın müdafiəsinə qalxıb. O, döyüşlərdə əsl qəhrəman kimi vuruşub. İşğal altında olan Laçın torpaqlarının azad olunması Ələkbərin ən böyük arzusu idi. İgid döyüşçü Türklər, Səfiyan, Suarası kəndlərində gedən döyüşlərdə onlarla erməni yaraqlısını məhv edib.

       Laçın rayonunun Suarası kəndində ağır ölüm-dirim döyüşləri gedirdi. Ələkbər Əliyev 7 avqust 1992-ci il tarixdə öz dəstəsi ilə həmin kəndə köməyə gedir. Burada mühasirəyə düşürlər. Ələkbər Əliyev öz əsgərlərini xilas etmək üçün əlbəyaxa döyüşə girir. Neçə-neçə erməni quldurunu məhv edən cəsur döyüşçü qəhrəmancasına şəhid olur.

      Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 07 dekabr tarixli 350 saylı Fərmanı ilə Ələkbər Həsən oğlu Əliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Bakı şəhərində "Şəhidlər Xiyabanı"nda dəfn edilib.

Xətai rayonundakı 204 nömrəli orta məktəb onun adını daşıyır.

     Evli idi. Dörd övladı yadigar qalıb.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin !

Keçidlər