Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Aslan Atakişiyevin anası Kərimova Gülgəz Salam Qızı 100 yaşının tamam olması münasibətilə evində ziyarət olunub.
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqovun tapşırığı ilə, RİH-in məsul işçiləri tərəfindən, Birinci Qarabağ müharibəsi zamanı döyüşərək qəhrəmancasına şəhid olan, Azərbaycanın Milli Qəhrəmanı Aslan Qabil oğlu Atakişiyevin anası, Qubadlı rayonunun Muradxanlı kən sakini, 1925-ci il təvəllüdlü Kərimova Gülgəz Salam qızı 100 illik yubileyi münasibətilə yaşadığı mənzildə ziyarət olunub.
Görüş iştirakçıları şəhidimizin anası Gülgəz Salam qızına 100 yaşının tamam olması münasibətilə rayon rəhbərinin təbrikini və xoş arzularını çatdıraraq, bütün şəhidlərimizin valideynlərinin baş tacımız olduğunu bildiriblər.
Şəhidimizin anası və ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Gülgəz ananı 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ağbirçək anamıza möhkəm can sağlığı arzulayırıq !






