Azərbaycanın Mlli Qəhrəmanı şəhid Mirzəyev Kərəm Ərşad oğlunun Anım Günü
Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2022-ci il 1 oktyabr tarixində Binəqədi rayon ərazisində fəaliyyət göstərən Azərbaycanın Milli Qəhrəmanı Kərəm Mirzəyev adına Qubadlı rayonXanlıq kənd- 1 saylı tam orta məktəbdə torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Mirzəyev Kərəm Ərşad oğlunun anımgünü tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, hüquq-mühafizə orqanları, YAPQubadlı rayontəşkilatının rəhbərliyi, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidimizin oğlu Cahandar Mirzəyev və yaxınları, polis yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan olunduqdan sonra, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Kərəm Ərşad oğlu Mirzəyevin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olundu.
Mirzəyev Kərəm Ərşad oğlu 1960-cı il 20 may tarixində Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1977-ci ildə doğma Xanlıq kəndində orta məktəbi bitirmiş, 1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında Arxangelsk və Murmansk şəhərlərində TankQoşun hissələrində hərbi xidmətdə olmuşdur.Hərbi xidmətdən təxris olunduqdan sonra Qubadlı rayonuna qayıdan Kərəm Mirzəyev Tikinti idarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1990-cı ildə Qubadlı Rayon Polis şöbəsinə qəbul olunur və sahə müvəkkili vəzifəsində işə başlayır. Müharibə başlayanda Kərəm Mirzəyev baş leytenant idi və doğma Xanlıq kəndində sahə müvəkkili işləyirdi. Daxili İşlər Nazirliyi tərəfindən gənc polis zabiti Kalininqrad Ali Hüquq Akademiyasına göndərilir. Bir müddət təhsil aldıqdan sonra vətənə dönür. 30 yaşını yenicə başa vurmuş Kərəm Mirzəyevin gələcəklə bağlı çox böyük arzuları var idi. Lakin müharibə onun arzularını arxa plana keçirdi. Əlinə silah alaraq vətənin müdafiəsinə qalxdı. Vətən torpağının xilas olması Kərəm Mirzəyevin yeganə arzusu idi. Bir sıra döyüşlərdə şücaət və cəsarət göstərdi. Qızğın döyüşlərdən çəkinmədi. 1991-ci ildə polis yoldaşları ilə birlikdə düşmənin Gorus rayonunun Şurnuxu kəndində yerləşən beş strateji postunu sıradan çıxarmışdır. “Laləzar” əməliyyatında da onun böyük xidmətləri olmuşdur. Kərəm Mirzəyev Novlu, Seytas, Əyin və başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşmuşdur. 1992-ci ilin oktyabr ayının əvvəlləri idi. Erməni quldurları Laçın rayonunun Mazutlu kəndinə hücum etdilər. Mühasirəyə düşən 72 nəfər döyüşçü yoldaşlarını xilas edərkən Kərəm Mirzəyev 1992-ci il 1 oktyabr tarixində Mazutlu kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Ailəli idi, bir övladı var.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Mirzəyev Kərəm Ərşad oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Kərəm Mirzəyev anadan olduğu Qubadlı rayonunun Xanlıq kəndində torpağa tapşırılmışdır.
Binəqədi rayon ərazisində fəaliyyət göstərən Xanlıq kənd 1 saylı tam orta məktəbi Kərəm Mirzəyevin adını daşıyır.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidlərimizdən 12 nəfəri Polis əməkdaşı olmuşdur, onlardan Mirzəyev Kərəm Ərşad oğlu və Əliyev Vasili Əhməd oğlu Azərbaycanın Milli Qəhrəmanıdır. I Qarabağ müharibəsi zamanı 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür.
Qeyd olundu ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur.
Çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov qeyd etdi ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. Bütüntəzyiqlərə,təhdidlərəbaxmayaraqAzərbaycanQələbəqazandıvətarixiədalətbərpaolundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Çıxış edən Şəhidin polis yoldaşları Adıgözəlov Adıgözəl, Baxşəliyev Bəşir, Rih-in məsul işçisi, keçmiş polis polkovniki Nizami Əhmədov, sinif yoldaşı Səmədov Asif, Xanlıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəİbişov Məhəmmədəli, Xanlıq kənd-1 sayli məktəbin direktormüavini Məmmədov Akif Şəhidləbağlı öz xatirələrini bölüşdülər.
44 günlük Vətən müharibəsindən sonra Qubadlı RİH başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.
Daha sonra şəhidimizin oğlu Cahandar Mirzəyev və şəhidin qardaşı Akif Mirzəyev göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
Tədbirinin sonunda məktəb şagirdlərinin ifasında qəhrəmanlıq və vətənpərvərlik mövzusunda ədəbi-bədii kompazisiya nümayiş olundu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Həmçinin 1 oktyabr 2022-ci il tarixində Qubadlı Rayon polis əməkdaşları tərəfindən Kərəm Mirzəyevin Qubadlı rayon Xanlıq kəndində yeni götürülmüş qəbrüstü abidəsi ziyarət olunacaq.