Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanlı professor, Türkiyə Cümhuriyyətinin Xarici Siyasət və Təhlükəsizlik Şurasının üzvü Aygün Attarın 60 illik yubileyi münasibətilə Qubadlı rayon İcra Hakimiyyətində görüş keçirildi

25 aprel 2022 | 09:23

25 aprel 2022-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə professor, Türkiyə Cümhuriyyətinin Xarici Siyasət və Təhlükəsizlik Şurasının üzvü  Aygün Attarın 60 illik yubileyi münasibətilə İcra Hakimiyyətinin inzibati binasında görüş keçirildi.  Görüşdə professor Aygün Attar, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin Ailə, Qadın və Uşaq məsəllələri Komitəsinin sədri – deputat Hicran Hüseynova, Milli Məslisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri – deputat Tahir Mirkişili və  deputat -Mahir Abbaszadə, İcra Hakimiyyətinin məsul işçiləri, ziyalılar, ağsaqqallar, idarə, müəssisə və təşkilat rəhbərləri, eyni zamanda Aygün xanımın orta məktəb yoldaşları,  müəllimləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov qeyd etdi ki, Aygün xanımın 60 illik ömrünün tən yarısı qardaş Türkiyə ilə bağlıdır.Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin qardaş Türkiyə ilə “bir millət iki dövlət” ideyası əsasında formalaşdırdığı münasibətlər bir çox Azərbaycan gəncinin o cümlədən Aygün xanımın da həyatında əvəzsiz rol oynamışdır. Aygün xanım qardaş ölkədə bir millət iki dövlətin vətəndaşı kimi hər zaman fəal və coşqun elmi, ictimai və siyasi iş aparmışdır və bugün də bu işi uğurla davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 aprel 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Aygün Attar “Dostluq” ordeni ilə təltif edilmişdir. Bu münasibətlə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Aygün xanımı təbrik edərək fəaliyyətində uğurlar arzuladı.

Sonra RİH başçısı Malik İsaqov 60 illik yubileyi münasibətilə və fəaliyyətində əldə etdiyi uğurlara görə Aygün xanıma Rayon İcra Hakimiyyətinin FəxriFərmanını təqdim etdi.

Çıxış edən Milli Məclisin deputatları- Hicran Hüseynova, Tahir Mirkişili və Mahir Abbasov iki qardaş ölkə arasındakı münasibətlərdə göstərdiyi xidmətlərə görə cənabPrezident İlham Əliyev tərəfindən yüksək qiymət verilməsi münasibətilə Aygün Attarı təbrik edərək bundan sonrakı fəaliyyətində uğurlar arzuladılar.

Sonra Aygün xanımın müəllimləri, məktəb yoldaşları və digərləri onu təbrik edərək xoş arzularını bildirdilər.

Daha sonra Aygün xanım görüşlə bağlı xoş təəssüratlarını ifadə etdi. Ölkə Prezidentinə göstərdiyi diqqətə görə minnətdarlığını bildirdi. Eyni zamada rayon İcra Hakimiyyətində keçirilən tədbirə görə tayon rəhbərliyinə təşəkkürünü bildirdi.

1962-ci ildə Qubadlı rayonunda anadan olmuşdur.1986-cı ildə Bakı Dövlət Universitetini bitirmiş, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi etmişdir.Aygün Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır.2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olmuşdur.Aygün Attar 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına layiq görülüb.Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir.Davamlı elmi yaradıcılıqla bərabər, diaspor işləri ilə də fəal şəkildə məşğul olan professor Aygün Attar Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədridir.Dövlətimizinbaşçısıİlham Əliyevin 2016-cı ilin iyun ayında imzaladığı sərəncamla A.Attar xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 6 Fevral 2021-ci ildən Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının  üzvü təyin olunub.

Keçidlər