Dövlət qulluğunda səmərəli fəaliyyətə verilən yüksək qiymət!
24 iyun 2026 | 12:22
Qubadlı Rayon İcra Hakimiyyəti Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri, hörmətli Azər Mədət oğlu Qarayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilib.
Azər müəllimin peşəkarlığı, öz işinə olan məsuliyyəti və hüquqi dövlət quruculuğu istiqamətindəki səmərəli əməyi hər zaman nümunə olub.
Bu mükafat, onun dövlətçiliyimizə olan sədaqətli xidmətinin təzahürüdür.
Azər müəllimi bu əlamətdar uğuru münasibətilə təbrik edir, ona şərəfli yolunda davamlı uğurlar arzulayırıq.
Yolunuz hər zaman açıq olsun!






