Dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda tədbir keçirildi
Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın icrası üzrə Tədbirlər Planının 8.10.1-ci yarımbəndində dövlət qulluqçularının, xüsusilə də rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq onlar üçün etik davranış qaydaları mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Sərəncamın icrası ilə əlaqədar olaraq 27 noyabr 2023-cü il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında Dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda tədbir keçirildi. Tədbirdə Qubadlı RİH başçısı Malik İsaqov, RİH-in məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak edirdilər.
Tədbirdə çıxış edən RİH başçısı Malik İsaqov dövlət qulluğu sahəsində həyata keçirilən uğurlu siyasətdən, habelə dövlətin idarə olunmasında və dövlət orqanlarının nüfuzunun artırılmasında dövlət qulluqçularının rolundan, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan söz açıb. Bildirilib ki, hər bir dövlət qulluqçusu öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı və əməl etməlidir.
“Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun əsas məqsədi dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılmasını, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadın yüksəldilməsidir. Qanunun bütün maddələrində dövlət qulluqçusunun xidməti fəaliyyəti dövründə Vicdanlı davranışı, Peşəkarlıq və fərdi məsuliyyətinin olması, Mədəni davranışı, rəhbərin əmr sərəncam və tapşiriqlarını yerinə yetirməsi, qərəssizlik, korrupsiyaya qarşı mübarizə aparması kimi əsas qaydalar öz əksini tapmışdır. Eyni zamanda qanunda fəaliyyət göstərən dövlət qulluqçularına Dövlət orqanının rəhbərinin nəzarəti və bu qaydaları pozan işçilərə görə məsuliyyətin tətbiq edilməsi imkanlarının olmasını müəyyən edir.
Nümunəvi etik davranışın dövlət qulluqçuları üçün bir norma olaraq, onların fəaliyyətində nəzərə alınmasının ən vacib tələblərdən biri olduğunu qeyd edən RİH başçısı Malik İsaqov bu tədbirin əsas məqsədinin dövlət qulluqçuları üçün mühüm məsələlərdən olan etik davranış qaydaları və onlara əməl edilməsi ilə bağlı müzakirələrin aparılması olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə məruzə ilə çıxış edən RİH aparatında Hüquq şöbəsinin müdiri Azər Qarayev qeyd etdi ki, dövlət qulluqçularının xidməti davranışlarının müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilir, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər görülür.
Qeyd olundu ki, Dövlət qulluğu sahəsində qanunvericiliyin təkminləşdirilməsi məqsədi ilə 31 may 2007-ci il tarixdə “Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, qanunun qüvvəyə minməsi barədə Prezidentin 16 avqust 2007-ci il 614 nömrəli Fərmanı verilmişdir. Qanun 24 maddədən ibarət olmaqla bütövlükdə Dövlət qulluğunda çalışan dövlət qulluqçularının fəaliyyət istiqamətini və bununla bağlı yaranmış məsulliyyətləri özündə əks etdirir. Azərbaycan Respublikası Prezidentinin“ Dövlət Qulluğu haqqında” qanunun, “Dövlət qulluqçqlarının etik davranış qaydaları”nın, bununla bağlı Fərman və Sərəncamlarının tələblərini rəhbər tutaraq rayonun icra strukturlarında, ikili tabeli idarə, müəssisə və təşkilatlarında inzibati vəzifə tutan dövlət qulluqçularının “Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa daim əməl edilməsi diqqət mərkəzində saxlanılmış bununla bağlı 2023-cü ildə də müntəzəm iş aparılmışdır.
Çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini, “Dövlət qulluqçqlarının etik davranış qaydaları” üzrə yaradılmış rayon Komissiyasının sədri Allahverdi Haxverdiyev qeyd etdi ki, Rayon İcra Hakimiyyətində yaradılmış müvafiq komissiya tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarət olunur. Bildirildi ki, Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlər sayəsində etik qaydaların pozulması ilə əlaqədar 2023-cü il ərzində pozuntu halları müşahidə edilməmişdir.
Tədbirin sonunda etik davranış qaydaları barədə maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.