Dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar tədbir keçirildi
21 iyun 2024-cü il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında Dövlət Qulluqçularının Peşə bayramı münasibətilə tədbir keçirildi. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, İcra Hakimiyyətində və inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçuları iştira kedirdilər. Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov dövlət qulluqçularını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı.
BMT Baş Assambleyasının tövsüyyəsilə ölkə Prezidenti cənab İlham Əliyevin 25 may 2006-ci il tarixli Sərəncamı ilə 23 iyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü elan olunmuşdur. Bildirildi ki, ölkəmizin İdarəetmə sistemində mühüm və aparıcı rol oynayan dövlət qulluqçuları həmişə olduğu kimi, bu gündə müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfələrini verirlər. Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Müasir cəmiyyətimizdə dövlət qulluğu dövlət siyasətinin, onun məqsəd və funksiyalarının reallaşmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əsas mexanizm kimi çıxış edir.
Sonda rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təltif olunmuş, Qubadlı rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi İbrahimli Orxan Fəttah oğluna, Xocahan kənd inzibati ərazi dairəsi üzrənümayəndəsi Sərməsov Bəhruz Soltano ğluna, Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rüstəmov Əlvan Valeh oğluna,və Sarıyataq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin müavini İsrafilov Xəyyam Arif oğluna Fəxri Fərmanlar təqdim edildi.
23 iyun Dövlət Qulluqçuların Peşə bayramları münasibətilə təbrik edirik, hər birinə can sağlığı, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq !