Şriftin ölçüsü :

Saytın rəngi :

"İnsan Hüquqları Aylığı" çərçivəsində "Hüquqi savadlılıq hər bir gəncin gücüdür" mövzusunda tədbir keçirilib

04 iyun 2026 | 17:38

 05 iyun 2026-cı il tarixdə "28 May Mədəniyyət Evi"ndə, Qubadlı Rayon İcra Hakimiyyəti, Şərqi Zəngəzur Regional Gənclər və İdman, Şərqi Zəngəzur Regional Təhsil İdarələri, Qubadlı rayon Polis Şöbəsi və rayon SHXÇDX-in birgə təşkilatçılığı ilə İnsan Hüquqları Aylığı" çərçivəsində "Hüquqi savadlılıq hər bir gəncin gücüdür" mövzusunda tədbir keçirilib.

  Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun mudiri Azər Qarayev, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Musa Hüseynov, Qubadlı Rayon Polis Şöbəsinin İTB-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, Polis kapitanı Rauf Qələndərli, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon şöbəsinin nümayəndəsi, kapitan Emin Qədirli bildiriblər ki, müasir gəncliyin gücü təkcə onların enerjisində və intellektində deyil, həm də öz hüquq və vəzifələrini dərindən bilməsindədir. Hüquqi savadlılıq gəncləri zərərli meyillərdən, narkomaniyadan və hüquqpozmalardan qoruyan ən güclü vasitədir.

Natiqlər vurğulayıblar ki, dövlətimizin uğurlu gənclər siyasətinin əsas hədəflərindən biri vətənpərvər, dövlətçiliyə sadiq və hüquqi baxımdan yetkin bir nəsil yetişdirməkdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında azad edilmiş Şərqi Zəngəzurun, o cümlədən doğma Qubadlı rayonunun gənclərinin üzərinə bu gün böyük məsuliyyət düşür. Bu baxımdan gənclərin hərbi xidmətə çağırış məsələlərinə məsuliyyətlə yanaşması və vətəndaşlıq borclarını dərk etməsi xüsusi əhəmiyyət kəsb edir.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Keçidlər