Kəmaləddin Rüstəmovun 70 illik yubileyi
26 iyul 2023-cü il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında uzun illər rayonda müxtəlif vəzifələrdə çalışmış Rüstəmov Kəmaləddin Qulam oğlununanadan olmasının “70 illik”yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, ağsaqqallar, yubliyarın yaxınları və RİHB-nın inzibati ərazi dairəsii üzrə nümayəndələriiştirak edirdilər.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Kəmaləddin Rüstəmovudoğum günü münasibəti ilə ürəkdən təbrik edərək, ona möhkəm can sağlığı, fəaliyyətində uğurlar arzuladı.
“Hər bir insanın ömründə taleyin bəxş etdiyi şirinli-acılı çalarlar, asanlı-çətinli məqamlar olur. Lakin bütövlükdə götürdükdə ömrün dəyəri insanın ailəyə, el-obaya, cəmiyyətə, vətənə və xalqa verdiyi töhfə ilə müəyyənləşir. Bu mənada ömrünüzün 70 ilini şərəflə yaşamısınız və ömür kitabınızın hər səhifəsini qürurla, iftixarla çevirərək, ötən günləri, ayları, illəri məmnunluqla xatırlaya bilərsiniz” deyə vurğuladı.
Qeyd olundu ki, Kəmaləddin Qulam oğlu Rüstəmov 15 iyul 1953-ci ildə təmiz dağ çeşmələrindən mənbəyini götürən Həkəri çayının gözəl mənzərəli geniş vadisində yerləşən Balasoltanlı kəndində sadə, zəhmətkeş ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq illəri ana laylası ilə həmahəng səslənən Həkəri çayının zümzüməsi ilə əhatə olunub. Xarakterinin ilk cizgiləri halal zəhmətlə dolanan valideynlərinin saf övlad məhəbbəti, doğma yurdun təmiz havası və suyunun, gözəl, bəzən də sərt təbiətinin təsiri ilə formalaşıb. Kəmaləddin Rüstəmov ailəsi ilə birlikdə Qubadlı rayon mərkəzinə köçərək 1961-ci ildə Qara İlyasov adına Qubadlı şəhər tam orta məktəbinə daxil olmuş, orta təhsilini 1971-ci ildə uğurla başa vurmuşdur. 1973-1975-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətı başa vurduqdan sonra D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakultəsini bitirib, Ali təhsil alaraq doğma yurda yüksək ixtisaslı mütəxəssis kimi qayıtmışdır. Əmək fəaliyyəti Ulu Öndər Heydər Əliyevin Azərbaycanda sürətli inkişafa və yüksəlişə start verdiyi illərə təsadüf edir. Ölkədə sağlam mənəvi-psixoloji mühitin bərqərar edilməsi, bütün sahələrdə olduğu kimi gənclər siyasətinə də xüsusi diqqət və qayğının göstərilməsi Kəmaləddin Rüstəmovun taleyində mühüm rol oynamışdır.
Əmək fəaliyyəti müxtəlif sahələri əhatə etməklə zəngin olmuşdur.
1976-cı ildən başlayaraq Respublika Əmanət Bankının Qubadlı rayon şöbəsində nəzarətçi mühasib, Kənd təsərrüfatı işçiləri Həmkarlar İttifaqının rayon komitəsində təlimatçı, “Neftqazavtomat” təcrübə zavodunun Qubadlı filialında direktor müavini, Qubadlı rayon “İstehlak Cəmiyyəti” idarə heyətinin sədri, Qubadlı rayon Dövlət Sosial Müdafiə Fondunun direktoru, Qubadlı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru və nəhayət, 2006-2019-cu illər ərzində Qubadlı rayon Maliyyə şöbəsinin rəisi vəzifəsində işləmişdir.
Kəmaləddin Rüstəmov uzun illər tutduğu vəzifələrdən asılı olmayaraq, yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirərək insanlara münasibətdə həssaslıq və dərin məsuliyyət hissi sayəsində böyük hörmət və rəğbət qazanmışdır. Rayonun yaşlı nəsli Qubadlının soial-iqtisadi, mədəni inkişafında Kəmaləddin Rüstəmovun xidmətlərini yaxşı xatırlayır və yüksək qiymətləndirir.
Kəmaləddin Rüstəmov həm də gözəl ailə başçısı, qayğıkeş ata, mehriban babadır. Boya-başa çatdırdığı övladları onun yolunu, ailə ənənələrini qürurla davam etdirir.
Bu gün də,o gənclik enerjisi ilə çalışaraq, gənc nəslin vətənə sədaqət ruhunda tərbiyə edilməsində əlinindən gələni əsirgəmir.
TədbirdəAllahverdi Haxverdiyev, Yusif İsayev, Əvəz Həsənov, İslam Novruzov, Mahir Sarıyev, Telman Cəfərov, Firdovsi Cəfərxan, Yusif Yusifov, Qafqaz Əvəzoğlu və Nəsib Həbibov göstərilən diqqət və qayğıya,onların əməyinə verilən qiymətə görə RİH başçısı Malik İsaqovaminnətdarlıqlarını bildirərəkKəmaləddin müəllimi doğum günü münasibəti ilə təbrik etdilər, uzun ömür can sağlığı arzulayaraq, ona bundan sonrakı fəaliyyətini doğma Qubadlımızda davam etdirməsini arzuladılar.
Kəmaləddin Rüstəmov ona göstərilən diqqət və qayğıya görə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
Sonda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov tərəfindən yubliyara təbrik ünvanlandı və hədiyyə təqdim olundu.