“Konstitusiya və Suverenlik İli” çərçivəsində gül kolları əkildi
14 aprel 2025-ci iltarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Abşeron rayon St.Sumqayıt ərazisində salınmış istirahət parkında və həmin ərazidə fəaliyyət göstərən Qubadlı rayon Mədəniyyət evinin həyətində, 28 May Mədəniyyət evinin həyətində, Rayon İcra Hakimiyyətinin qarşısında, Sumqayıt şəhərində 10 müxtəlif ünvanda yerləşən şəhidlərimizin abidələrinin qarşısındagül kolları əkildi.Eyni zamanda həmin ərazilərdə təmizlik işləri aparıldı, əkilmiş gül kolları suvarıldı.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Kommunal Müəssisələr Kombinatının işçiləri iştirak edirdilər.
Ümumilikdə 2000-dən çox gül kolları əkildi.