Müqəddəs Ramazan bayramı münasibəti ilə iftar süfrəsi təşkil olunub
2023-cü il 18 aprel tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri, 10-cu mk/r yerləşənBəyaz şadlıq sarayında Müdəqqəs Ramazan bayramı münasibətilə iftar süfrəsi təşkil olundu. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli məclisin deputatları İmamverdi İsmayılov, Ceyhun Məmmədov, Hüquq mühafizə orqanları, RİH-in məsul işçiləri, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, ziyalılar, ağsaqqallar, şəhid ailələrinin və aztəminatlı ailələrin üzvləri,qazilər iştirak etdilər.
İftar süfrəsində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. “Qurani- Kərim”dən ayələr, Ramazan duaları oxundu, Müqəddəs Ramazan ayının fəzilətlərindən danışıldı.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatları İmamverdi İsmayılov, Ceyhun Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun atası Nəriman Həmidov, Azərbaycanın Milli Qəhrəmanı Ələkbər Əliyevin həyat yoldaşı Reyhan Zeyniyeva, Polkovnik-leytenant, Qarabağ ordenli Ehtiram Məmmədov, Ağsaqqallar şurasının sədri Əvəz Həsənov tədbir iştirakçılarını qarşıdan gələn Müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etdilər. Qeyd olundu ki, “Ramazan ayı digər aylar içərisində seçilən və Allahın rəhmətinin, mərhəmət qapılarının daha çox açıq olduğu ay kimi tanınır. Hər kəs bu müqəddəs ay ərzində savab əməllər etməyə, cəmiyyətə daha çox fayda verməyə və Ramazanın fəzilətlərindən yararlanmağa çalışır. Artıq Azərbaycan Müqəddəs Ramazan bayramını qalib ölkə olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlət olaraq qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Ordumuzun tarixi torpaqlarımızı düşmən işğalından azad etməsi, tarixi ədaləti bərqərar etməsi hər bir azərbaycanlının fəxr və qürur mənbəyidir.
Tədbiriştirakçılarıgöstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eyni zamanda Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.