Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz Bayramı münasibəti ilə tədbir keçirildi

18 mart 2025 | 11:31

     18 mart 2025-ci il tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər 28 May Mədəniyyət evinin qarşısındaxalqımızın milli-mənəvi dəyərlərini təcəssüm etdirən Novruz Bayramı münasibəti ilətədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Hüquq-mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-nin məsul işçiləri, idarə-müəssisə, təşkilat rəhbərləri və kollektivləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, Şəhidlərimizin ailə üzvləri, yaxınları, ağsaqqallar, ziyalılar, Vətən müharibəsi iştirakçıları, qazilər,fəal gənclər, məktəblilər, idmançılarvə ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərəkAzərbaycan xalqının min illər boyu qəlbində yaşatdığı ən əziz günlərdən biri  Novruz bayramı münasibətilə xalqımızı, eləcə də rayon caamatınıtəbrik etdi, hər bir ailəyə sevinc, firavan günlər, əmin-amanlıq, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.

Qeyd olundu ki,xalqımızın ən qədim və əziz bayramlarından biri olan Novruz yurdumuza qədəm qoyur. Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın yüksək zövqü və bədii təfəkkürü bu xalq bayramının el şənliklərində və rəngarəng əyləncələrində özünü aşkarlayır, onun mənəvi dünyasının təzahürünə, aynasına çevrilir. Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir.

Novruz  ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunur. UluTanrıya, kainatın zamana və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. 

Bayram şənliyində bildirildiki, Novruz, adət-ənənələrimizi əsrlər boyu yaşadıb bugünlərə gətirdiyi kimi, bu gündə bizi birləşdirir, daha da həmrəyedir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur. Xalqımız qədim türk məişətini, əxlaqını və bədii zövqünü özündə cəmləşdirən Novruz ayinlərini tarixən yaşadaraq bu günümüzədək gətirib çatdırıb. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin bizlərə qaytarıldığını diqqətə çatdıran rayon rəhbəri bu gün ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xalqımızın mənəvi dəyərlərinin yüksək səviyyədə qorunduğunu bir daha vurğuladı.

Rayon Icra Hakimiyyətinin başçısı cənab Malik İsaqov tərəfindən 28 May Mədəniyyət evinin qarşısında möhtəşəm Novruz tonqalı alovlandırıldı.

Tədbir  açıq havada geniş konsert proqramı ilə davam etdirildi. Həmçinin Bayram şənliyi Novruz atributları olan Bahar qız, Kosa və Keçəlin iştirakı ilə şən musiqi nömrələri, rəqslərlə, Kəndirbazın çıxışı ilə davam etdirildi.Novruz Bayramına həsr olunmuş konsert proqramında respublikanın tanınmış müğənniləri və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi tərəfindən mahnılar ifa olundu, müxtəlif rəqs nömrələri nümayişetdirildi, şeirlər səsləndirildi.

Eyni zamanda tədbirdərayondan olan idmançıların müxtəlif idman növləri üzrə nümunəvi çıxışları nümayiş olundu.

Bayramınız mübarək !

Keçidlər