Şriftin ölçüsü :

Saytın rəngi :

Qafqaz Əvəz oğlunun anadan olmasının 70 illik yubileyi

01 aprel 2024 | 17:06
01 aprel 2024-cü il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında, AJB-nin Şərqi Zəngəzur Regional Təşkilatının sədri, AYB üzvü, “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, “Sözün Sehri” qəzetinin təsisçisi, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qubadlı bürosunun rəhbəri Dəmirov Qafqaz Əvəz oğlunun anadan olmasının 70 illik  və Qubadlı RİHB-nın Zilanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini  Hacıyev Rövşən Çərkəz oğlunun anadan olmasının 60  illik yubleyi münasibətilə tədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri və RİHB-nın inzibati ərazi dairəsii üzrə nümayəndələri iştirak edirdilər.
 Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Qafqaz Dəmirovu və Rövşən Hacıyevi doğum günü münasibəti ilə təbrik etdi, onlara can sağlığı, işlərində uğurlar arzuladı.
   Çıxış edənlər göstərilən diqqət və qayğıya görə Rayon rəhbəri  Malik İsaqova minnətdarlıqlarını bildirərək Qafqaz Dəmirovu, Rövşən Hacıyevi doğum günü münasibəti ilə təbrik etdilər və bundan sonrakı fəaliyyətlərini doğma Qubadlımızda davam etdirmələrini arzuladılar. 
Sonda göstərilən diqqət və qayğıya, onların əməyinə verilən qiymətə görə yubliyarlar Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər. 
Keçidlər