Qanvermə aksiyası keçirildi
2025-ci il 24 sentyabr tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qubadlı Rayon İcra Hakimiyyətinin və “Respublika Qan Bankı” PHŞ Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində “27 Sentyabr-Anım Günü”nə həsr olunmuş ölkəmizdə talassemiyalı, hemofiliyalı və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə dəstək olmaq məqsədilə könüllü qanvermə aksiyası keçirilidi.
Qana ehtiyacı olan insanlara dəstək məqsədi daşıyan aksiyada Qubadlı Rayon İcra Hakimiyyətinin,RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin işçiləri və İdarə, müəssisə, təşkilatların əməkdaşları fəal iştirak etdilər.
Həkim-hemotoloqlar tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onların hər birindən qaydalara uyğun olaraq qan götürülərək müvafiq laborator analizlər aparıldıqdan sonra qana ehtiyacı olan insanların müalicəsində istifadə ediləcək.
Bildiyiniz kimi dövlət tərəfindən talessimiyalı və hemofiliyalı xəstələrə xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən donorluğun və qan xidmətinin inkişafına dair xüsusi Sərəncamlar imzalanmış və müvafiq qanunlar qüvvəyə minmişdir.
Həmçinin 2020-ci il 11 aprel tarixində Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu insanların həyatını xilas etmə yönündə nəcib təşəbbüslə çıxış edərək könüllü qanvermə aksiyalarına çağrış etmişdir.






