Qubadlı rayon gəncləri üçün “İlk tibbi yardımın göstərilməsi” başlıqlı təlim təşkil edilib.
Qubadlı Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə 20 fevral 2026-cı il tarixdə, Sumqayıt şəhərində yerləşən rayonun Hafiz Quliyev adına Çaytumas kənd məktəb-liseyində, rayon gəncləri üçün “İlk tibbi yardımın göstərilməsi” başlıqlı təlim təşkil edilib.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Cabir Rzayev, Qubadlı rayon gənclər və idman sektorunun müdiri İslam Allahverdiyev, Qubadlı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkim-terapevti Türkanə Mirzəzadə və digər əməkdaşlar iştirak edirdilər.
Təlim zamanı Qubadlı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkim-terapevti Türkanə Mirzəzadə və tibb bacısı Sahibə İsmayılova tərəfindən iştirakçılara ürəyin qapalı masajı, süni tənəffüs verilməsi, yaralanmalar və zədələnmələr zamanı ilk yardım, sınmış yerin hərəkətsizləşdirilməsi, qanaxmanın dayandırılması, yaraya sarğı qoyulması, boğulma (qida tıxanması), günvurma zamanı ilk yardım barədə elektron təqdimat formasında nəzəri və praktiki məlumatlar verilib və onları maraqlandıran sualları cavablandırıblar.






