Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi

23 sentyabr 2026 | 17:33

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun sentyabr ayı üzrə növbəti səyyar qəbulu Şirvan şəhəri ərazisində keçmiş məcburi köçkünlər üçün inşa olunmuş 685 mənzilli şəhərcikdə Mənzil İstismar departament idarəsinin binasında keçirildi.

  Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Şirvan-Hacıqabul Regional bölməsinin nümayəndələri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirdi.

  Qəbul zamanı məcburi köçkün sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olundu. Bəzi məsələlər üçün müvafiq izahatlar verildi. Digər müracət edənlər isə görülən işlərə görə minnətdarlıq bildirdilər. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

  Qəbuldan razı qaldıqlarını bildirən sakinlər, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

Həmçinin Zilanlı kənd sakini, karate üzrə Avropa çempionu Məmmədova Zəhra Elnur qızı idmançılara göstərilən diqqət və qayğıya, onların inkişafı və uğurlarının dəstəklənməsi istiqamətində göstərilən xüsusi münasibətə görə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova təşəkkürünü ifadə etdi.

Keçidlər