Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovunnövbəti səyyar qəbulu 24may 2023-cü il tarixdə Sumqayıt şəhərində yerləşən Hafiz Quliyev adına Çaytumas kənd məktəb liseyində keçirilmişdir. Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirdi.
Qəbulda sakinlər tərəfindən qaldırılan 24 məsələdən 8-i yerində həll olunmuş, 6-si baxılması üçün nəzarətə götürülmüşdür. 10 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilmişdir. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir.
Qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.