Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi

10 yanvar 2025 | 12:07

   Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qubadlı Rayon İcraHakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 10 yanvar 2025-ci il tarixdə,Sumqayıt şəhərində yerləşən Rafael Əlirzayev adına Qubadlı rayon Xocahan kənd tam orta məktəbində keçirildi. Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirdi. Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olundu.Bəzi məsələlər üçün müvafiq izahatlar verildi. Digər müracət edənlər isə görülən işlərə görə minnətdarlıq bildirdilər.Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqlarıməsələlərməsulşəxsləriniştirakıilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. Qəbuldan razı qaldıqlarını bildirən sakinlər, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

Keçidlər