QUBADLI RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI RAYON SAKİNLƏRİ İLƏ NÖVBƏTİ SƏYYAR QƏBUL KEÇİRDİ.
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 29 mart 2024-cü il tarixdə Sumqayıt şəh. H.Z.Tağıyev qəsəbəsi, Xəzri məhəllə komitəsinin ərazisindəyerləşən,B.Əsgərov adına Xələc kənd tam orta məktəbdə keçirilmişdir. Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirdi.
Qəbulda sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olundu. Bəzi məsələlər üçün müvafiq izahatlar verildi. Digər müracət edənlərisə görülən işlərə görə minnətdarlıq bildirdilər. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir.
Qəbuldan razı qaldıqlarını bildirən sakinlər məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.