Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 16 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Çingiz Quliyev adına Çardaxlı kənd tam orta məktəbdə keçirilmişdir.Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirdi.
Qəbulda sakinlər tərəfindən qaldırılan 15 məsələdən 3-üyerində həll olunmuş, 4-ü baxılması üçün nəzarətə götürülmüşdür. 2 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilmiş, 6 nəfər isə görülən işlərə görə minnətdarlıq bildirmişdir. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir.
Qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.