Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi.

09 aprel 2024 | 18:03

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsəd ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 09 aprel 2024-cü il tarixdə Sumqayıt şəh.11-ci mkr ərazisində yerləşən, rayonun Qara İlyasov adına Qubadlı şəhər-1 saylı tam orta məktəbdə keçirildi.

Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirdi.

Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olundu. Bəzi məsələlər üçün müvafiq izahatlar verildi. Digər müracət edənlər isə görülən işlərə görə minnətdarlıq bildirdilər. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlə rməsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir.

Qəbuldan razı qaldıqlarını bildirən sakinlər, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcraHakimiyyətinin başçısı  Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

Keçidlər