Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təkliflərini dinləyir və qayğılarını daim diqqət mərkəzində saxlayır.R İHB başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 11may 2022-ci il tarixində Sumqayıt şəhəri, 12-ci mkr ərazisində yerləşən Qubadlı rayon M.Ağayarov adına Kavdadıq kənd tam orta məktəbdə olmuşdur.
Görüşdərayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH məsul işçiləri, icra nümayəndələri iştirak edirdi.
Qəbulda16 məsələ qaldırılmışdır. Həmin məsələlərdən 8-iyerində həll olunmuş,8-i isə baxılması üçün nəzarətə götürülmüşdür.
Sonda sakinlər 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər RİH başçısı Malik İsaqova göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.