Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Saatlı rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Saatlı rayonu Əlisoltanlı kəndində yerləşən məcburi köçkünlər üçün salınmış qəsəbədə Cəbrayıl rayon Tatar kənd tam orta məktəbdə keçirilmişdir. Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirdi.
Qəbulda sakinlər tərəfindən qaldırılan 5 məsələdən 4-ü yerində həll olunmuş, 1-i baxılması üçün nəzarətə götürülmüşdür. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir.
Qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər